Yeniyetmə boksçularımız Rumıniyadan 7 medalla dönüblər -İNTİQAM təqdim edir (AZpress.AZ)

Yeniyetmə boksçularımız Rumıniyadan 7 medalla dönüblər -İNTİQAM təqdim edir (AZpress.AZ)

Yeniyetmə boksçularımız Rumıniyadan 7 medalla dönüblər -İNTİQAM təqdim edir (AZpress.AZ)

 


Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçular arasında keçirilən və Azərbaycan boksçularının da iştirak etdiyi ənənəvi beynəlxalq turnirə yekun vurulub. Turnirdə Azərbaycan da daxil olmaqla 12 ölkədən 212 idmançı mübarizə aparıb. Boksçularımız turniri 3-ü qızıl, 4-ü gümüş əyarlı olmaqla 7 medalla başa vurublar. Bu medallardan iki qızıl və bir gümüş maş məşqçisi Ağasi Məmmədov olan oğlanlardan ibarət komandamız, bir qəzl, 3 gümüş medal isə baş məşqçi Yadigar Məmmədovun rəhbərlik etdiyi qızlardan ibarət yığmanın aktivinə yazılıb.

 

Qeyd edək ki, yeniyetmə oğlanlardan ibarət yığmamıın qəzəl medal qazanan üzvlərindən 54 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədəli Aşırəliyev finalda Florin Kaldararu (Rumıniya) ilə döyüşüb və 5:0 hesabı ilə inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Digər çempionumuz - Məhəmmədəli Qasımzadə (57 kq) isə finalda bolqarıstanlı Viktorio İliyevi eyni hesabla məğlub edib - 5:0. Gümüş medal isə yalnız həlledici finalda büdrəyən Tacı Nəsibovun (50 kq) payına düşüb.

 

Baş məşqçi Yadigar Məmmədovun rəhbərlik etdiyi qızlardan ibarət millinin heyətində isə qızıl medalı Emili Rzayeva (70 kq) qazanıb. O, finalda Maria Tanaseskuya (Rumıniya) qalib gələrək Azərbaycan himnini səsləndirib.

 

Komandamızın heyətində Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (50 kq) və Aynur Mikayılova (52 kq) turniri gümüş medalla başa vurublar.

 

Beləliklə, yarışa 8 boksçu ilə yollanan Azərbaycan millisi turniri 7 medalla bitirib.

 

Qeyd edək ki, oğlan boksçulardan ibarət millimiz komanda hesabında ikinci olub. İlk pillədə ev sahibi Rumıniya, üçüncü yerdə Macarıstan qərarlaşıb. Qızların yarışında isə Azərbaycan üçüncü yeri tutub. Yığmamızı Rumıniya və Yunanıstan komandaları qabaqlayıb.

 

İNTİQAM Məmmədov


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]