Nazim Babayev qitəmiqyaslı tunirdə biri qızıl olmaqla iki medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Nazim Babayev qitəmiqyaslı tunirdə biri qızıl olmaqla iki medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Nazim Babayev qitəmiqyaslı tunirdə biri qızıl olmaqla iki medal qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Qazaxıstanın Almata şəhərində atletika üzrə qitəmiqyaslı turnir keçirilib. Qusman Kosanov Memorilalı adlanan bu turnirdə Azərbaycan komandası da iştirak edib və biri qızıl, ikisi gümüş əyarlı olmaqla 3 medal qazanıb. Bu medallardan ikisi yığmamızın lideri Nazim Babayevin aktivinə yazılıb. Qeyd edək ki, əvvəlcə özünü uzunluğa tullanma yarışında sınayan atletimiz 7.74 metr nəticə ilə ikinci yeri tutub və gümüş medala layiq görülüb. Sonra isə o, özünün ənənəvi yarışında, yəni 3 təkanla tullanmaqda gücünü sınayıb. Burada isə Babayev 17.14 metr nəticə ilə birinci yeri tutaraq, qızıl medal qazanıb.
Daha bir medal isə yığmamızın üzvü Yekaterina Sarıyevanın payına düşüb. Qeyd edək ki, 3 təkanla tullanmaq yarışına qatılan Sarıyeva 13,81 metr göstərici ilə ikinci olub və gümüş medal əldə edib.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]