Rəcəbov Nakamurayla görüşdə revanş edib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Rəcəbov Nakamurayla görüşdə revanş edib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Rəcəbov Nakamurayla görüşdə revanş edib -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İspaniyanın paytaxtı Madriddə azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da daxil olmaqla planetin ən güclü 8 zəka sahibinin iştirakı ilə Dünya Şahmat Tacı uğrunda keçirilən iddiaçılar turniri davam edir. By gün baş tutan 9-cu turda Teymur Rəcəbov ABŞ təmsilçisi Xikaru Nakamurayla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qarşılaşmanın 41-ci gedişində rəqibini mat qoyaraq, onu ağ bayraq qaldırmağa məcbur edib. Bununla da Rəcəbov turnirin 3-cu turunda üzləşdiyi mğlubiyyətin əvəzini çıxıb. Bu qələıbədən sonra Rəcəbov aktivində olan xalların sayını 4-ə çatdırıb. İki dövrədən və 14 turdan ibarət olan turnir davam edir.
İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]