İki güləşçimiz - Quluzadəylə Vəliyev Avropa çempionatının finalına yüksəlib -İNTİQAM təqdim edir (AZpress.AZ)

İki güləşçimiz - Quluzadəylə Vəliyev Avropa çempionatının finalına yüksəlib -İNTİQAM təqdim edir (AZpress.AZ)

İki güləşçimiz - Quluzadəylə Vəliyev Avropa çempionatının finalına yüksəlib -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Dünən İtaliyanın paytaxtı Romada 20 yaşlılar (U-20) arasında güləşin hər üç növü üzrə Avropa çempionatına start verilib. Yunan-Romaçıların çıxışı ilə başlayan çempionatın ilk yarış günündə çəkisi 55, 63, 77, 87 və 130 kq olan pəhləvanlar döşək üzərinə çıxaraq mübarizəyə qatılıb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, bu çəkilərdə çıxış edən təmsilçilərimizdən ikisi - Nihad Quluzadə (55 kq) və Laçın Vəliyev (87 kq) daha ibamla güləşərək adını finala yazdırıb. Bununla da hər iki güləşçimiz ən pis halda çempionatın gümüş medalını özünə təmin edib. Xatırladaq ki, Quluzadə startda fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb - 3:1. Yarımfinalda almaniyalı Georgios Skarpellodan güclü olan (5:1) Quluzadə bu gün həlledici finalda y rumıniyalı Denis Mihayla qarşılaşacaq.

 

Digər finalçımız Laçın Vəliyevə gəlincə, 1/8 finalda ukraynalı Nikita Alekseyevi üstələyən (8:5) güləşçimiz 1/4 finalda isveçli Alqot Kaellmana gücünü göstərib - 4:1. Daha sonra isə yarımfinalda erməni Vigen Nazaryana 3:1 hesabıyla qalib gələn Laçın da finalda Quluzadə kimi rumıniyalı güləşçi ilə üzləşəcək. Laçının rəqibi Patrik Qordan olacaq.

 

Birinci yarış günü mübarizəyə qatılan digər 3 təmsilçimizə gəlincə, onlardan Ziya Babaşov (63 kq) ilk mərhələdə ukraynalı Oleq Xalilova (2:4), Xasay Həsənli (77 kq) isə türkiyəli Yüksel Sarıçiçeyə (1:3) məğlub olub. Mübarizəyə 1/4 finaldan qoşulan güləşçimiz Heybulla Qıstarovsa (130 kq) macar Adolf Başoyla bacarmayıb - 0:10. Rəqib finala yüksəldiyi üçün Qıstarov təsəlliverici görüşdə gürcü Mate Qokadzeylə münasibətləri aydınlaşdıramaq imkanı qazanıb. Qeyd edək ki, bu çəkilərdə həlledici görüşlər iyunun 28-də keçiriləcək. Bu gün isə dha 5 çəki dərəcəsiondə olan klassikimiz mübarizəyə qatılacaq.

İNTİQAM Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]