Azərbaycan cüdoçuları Avropa Kuboku yarışına qatılacaqlar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan cüdoçuları Avropa Kuboku yarışına qatılacaqlar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycan cüdoçuları Avropa Kuboku yarışına qatılacaqlar -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İyulun 2-dən 3-dək Rumıniyanın Kluj-Napoke şəhərində cüdo üzrə Açıq Avropa Kuboku yarışı keçiriləcək. İki gün davam edəcək turnirdə Azərbaycan cüdoçuları da iştirak edəcəklər. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, əlkəmiz turnirdə 17 idmançı ilə təmsil olunacaq. Heyətə kişilərdən Rəşad Elkiyev, Nazir Talıbov (hər ikisi 60 kq), Ruslan Paşayev, Tofiq Məmmədov, Elçin Hüseynov (hamısı 66 kq), Telman Vəliyev, Nəriman Mirzəyev, Nurlan Osmanov, Zaməddin Poladov (hamısı 73 kq), Hasil Cəfərov, Kərim Allahverdiyev (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq) və İmran Yusifov (+10 kq), qadınlardansa Ramilə Əliyeva (48 kq), Südabə Ağayeva (70 kq) və Günel Həsənli (+78 kq) cəlb edilib.
Ümumiyyətlə, turnirdə Azərbaycan da daxil olmaqla 33 ölkədən 220 tatami ustası mübarizə aparacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]