Unudulmaz sənətkar Bülbülün 125 illiyinə həsr olunmuş tədbir keçirilib +FOTO=15

Unudulmaz sənətkar Bülbülün 125 illiyinə həsr olunmuş tədbir keçirilib +FOTO=15

Unudulmaz sənətkar Bülbülün 125 illiyinə həsr olunmuş tədbir keçirilib 

 

BÜLBÜLÜN 125 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

 

28 iyun 2022-ci il tarixində Bülbülün Memorial Muzeyində Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor Bülbülün 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

 

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Cabbarova Fərqanə dahi Bülbülün yubileyinin artıq onun vətənində - Şuşada keçirildiyini qeyd etdi. Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncama əsasən Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsinin keçirildiyini vurğulayan muzey direktoru VIII beynəlxalq müsabiqənin Bülbülün 125 illik yubileyinə həsr olunduğunu qeyd etdi. 22 iyun tarixində Bülbülün doğulduğu evin həyətində müsabiqənin yekun konsertinin keçirildiyini bildirdi.
Həmçinin bildirdi ki, Şuşada sonuncu dəfə Sənətkarın 90 illik yubileyi 1987-ci ildə keçirilmişdir.
Tədbirdə Opera və Balet teatrının solisti, Prezident mükafatçısı Atəş Qarayev, 2017-ci il Muğam Müsabiqəsinin laureatı Mirəli Sarızadə, Opera və Balet Teatrının solisti Əhmədli Fəhmin, AMK nəzdində Respublika İncəsənət Gimnaziyasının 10-cu sinif şagirdi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Fateh İsgəndər çıxış etmişdirlər. Bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov, Əməkdar incəsənət xadimi, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Zemfira Qafarova, Azərbaycan Respublikasının Xalq artisti Əflatun Nemətzadə, M.S.Ordubadinin ev-muzeyinin elmi işçisi İradə xanım Bülbülün həyat və yaradıcılığı haqqında öz xatirələrini bölüşdülər.

 

Tədbir zamanı Bülbülün ifasında əsərlər səsləndirilmişdir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]