COĞRAFİYAÇI ALİM QIZIL DÖŞ MEDALI İLƏ TƏLTİF EDİLİB

COĞRAFİYAÇI ALİM QIZIL DÖŞ MEDALI İLƏ TƏLTİF EDİLİB

COĞRAFİYAÇI ALİM QIZIL DÖŞ MEDALI İLƏ TƏLTİF EDİLİB 

 

AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov səmərəli elmi və pedaqoji fəaliyyətinə görə Beynəlxalq Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə prezident, akademik Valter Kofler tərəfindən qızıl döş medalı ilə təltif edilib.

 

R.Mahmudovun 46-sı tanınmış beynəlxalq elmi jurnallarda və konfrans materiallarında dərc olunmaqla , 200-dən artıq elmi məqaləsi var. Alim su ehtiyatları və iqlim dəyişikliyinə dair 11 monoqrafiyanın, 2 dərslik, 11 dərs vəsaiti, 4 proqram, 7 elmi kitabça (onlardan biri Cenevrədə ingilis və rus dillərində nəşr olunub), 3 xəritə, bir sel kataloqu, 4 publisistik əsər və bir patentin müəllifidir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]