Azərbaycan yığmasının rəqibi bəlli olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Azərbaycan yığmasının rəqibi bəlli olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu gün Vyanada (Avstriya) qadın həndbolçular arasında keçiriləcək dünya çempionatının (DÇ-2023) təsnifat mərhələsinin püşkatma mərasimi baş tutub. Mərasimdə Azərbaycan yığmasının ilkin təsnifat mərhələsindəki rəqibi bəlli olub. Püşkün nəticəsinə görə Portuqaliya millisi komandamıza rəqib seçilib. Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, artıq oyunların keçiriləcəyi vaöt da müəyyənləşib. İlk oyun noyabrın 2-də və ya 3-də Bakıda, cavab görüşü isə bir həftə sonra səfərdə olacaq. Qeyd edək ki, Avropa çempionatına vəsiqə qazana bilməyən 18 komanda 2 səbətə bölünüb. Bu raundda 9 cütlük pley-offa yüksəlmək üçün 2 oyundan ibarət görüşlər keçirəcək.
Püşkatmadan öncə birinci səbətə Avstriya, Slovakiya, İslandiya, Türkiyə, Ukrayna, Farer adaları, Portuqaliya, Yunanıstan, İtaliya, ikinci səbətdə isə Azərbaycan, Kosovo, İsrail, Finlandiya, Lüksemburq, Bosniya və Herseqovina, Bolqarıstan, Böyük Britaniya, Latviya kollektivləri yer almışdı.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


