Kişi basketbol yığmamız AÇ-da fiaskoya uğrayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Kişi basketbol yığmamız AÇ-da fiaskoya uğrayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Kişi basketbol yığmamız AÇ-da fiaskoya uğrayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Dünən Maltada basketbolu zəif inkişaf etmiş ölkələr arasında növbəti Avropa çempionatına start verilib. Azərbaycan da daxil olmaqla çempionatda 7 komanda iki qrupda mübarizəyə başlayıb. Baş məşqçisi Aleksandr Trifunoviç olan Azərbaycan komandası ev sahibi Malta və Andorra ilə birlikdə çempionatın A qrupunda yer alıb. Yığmamız qrup oyunlarını artıq başa vurub. Təəssüflər olsun ki, yığmamız qrupda keçirdiyi hər iki oyunda məğlubiyyətlə üzləşərək fisakoya uğrayıb. İlk ounda Maltaya 2 xal fərqiylə (71:73) uduzan yığmamız Andorraya isə 69:72 (16:17, 22:23, 17:18, 14:14) hesabla məğlub olub. Yığmamız Avropa çempionatına Zaur Paşayev, Orxan Aydın, Endar Poladxanlı, Anar Hacıyev, Əkbər Məmmədov, Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Şirzad Şirzadov, Elşad Şirzadov, Cordan Devis, Ulas Can Turqut və Beray Taşerdən ibarət heyətlə qatılıb. Komandanın kapitanı Amil Həmzəyevdir.
Yeri gəlmişkən, AÇ-nın B qrupunda isə San-Marino, Cəbəllütariq və Ermənistan yığması cəmləşib.

İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]