Para-atletlərimiz Tunis Qran-Prisində daha 4 qızıl qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Para-atletlərimiz Tunis Qran-Prisində daha 4 qızıl qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Para-atletlərimiz Tunis Qran-Prisində daha 4 qızıl qazanıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Azərbaycan paralimpiyaçılarının da qatıldığı Tunis Qran-Prisi davam edir. ARMPK-dan (Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi) verilən məlumata görə, atletika idman növü üzrə idmançılarımızdan Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı Səid Nəcəfzadə (T12) uzunluğa tullanma növündə 7.19 metr, Orxan Qasımov (F13) nizə atma növündə 62.86 metr, Elmir Cəbrayılov (T13) 400 metrəyə qaçışda 51.92 saniyə nəticə göstərərək yarışın qızıl medalını qazanıblar.
Uzunluğa tullanma növündə iştirak edən digər təmsilçimiz Kamil Əliyev (T12) isə 6.61 metr nəticə göstərərək bürünc medala sahib çıxıb.

 

Bununla da Tunis Qran-Prisində idmançılarımızın qazandığı medal sayı altıya çatıb. Qeyd edək ki, daha öncə Məhərrəm Qasımov (F11) nüvə itələmə növündə 10.13 metr və Elmir Cəbrayılov (T13) 100 metrəyə qaçış növündə 11.55 saniyəlik nəticə göstərərək yarışın qızıl medalını əldə ediblər.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]