Yunan-Roma güləşi üzrə yığmamızdan yeni rekord! -İNTİQAM təqdim edir (AZpress.AZ)

Yunan-Roma güləşi üzrə yığmamızdan yeni rekord! -İNTİQAM təqdim edir (AZpress.AZ)

Yunan-Roma güləşi üzrə yığmamızdan yeni rekord! -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İtaliyanın paytaxtı Romada 20 yaşlılar (U-20) arasında güləş üzrə keçirilən Avropa çempionatında yunan-Romaçıların yarışı başa çatıb.

 

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 9 güləşçiylə qitə birinciliyinə qatılan komandamızın 5 üzvü müxtəlif əyarlı medal qazanmaqla fəxri kürsüyə qalxıb. Medalçılarımızdan Nihad Quluzadə (55 kq) və Laçın Vəliyev (87 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb. Yalnız həlledici finalda büdrəyən güləşçimiz Qurban Qurbanov (72 kq) ikinci, Nihat Məmmədli (60 kq) ilə Kənan Abdullazadə (67 kq) isə üçüncü yeri tutub.

 

Beləliklə, yığma komandanın AÇ-nı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Azərbaycan 102 xalla komanda hesabında 4-cü yeri tutub. Bu isə yunan-Roma güləşi üzrə yığmamız üçün yeni rekord nəticədir. Buna qədər güləşin bu növündə ən yüksək xal göstəricimiz 99 xal (Dortmund-2021) olmuşdu. Bundan əlavə, həm medalların sayına, həm də əyarına görə son 6 ilin ən yaxşı nəticəsi gerçəkləşdirilib.
Komanda hesabında ilk 3 yeri isə müvafiq ardıcıllıqla Gürcüstan (141)i, Türkiyə (118) və Ukrayna (103) tutub.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]