Rəcəbov Madrid "döyüşündə" Nepomniyaşiylə sülh bağlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Rəcəbov Madrid "döyüşündə" Nepomniyaşiylə sülh bağlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Rəcəbov Madrid "döyüşündə" Nepomniyaşiylə sülh bağlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İspaniyanın paytaxtı Madridə azərbaycanlı qrossmeyster Teymur Rəcəbovla yanaşı, planetin daha 7 ən yaxşı şahmatçısının iştirakı iləı keçirilən iddiaçılar turniri davam edir. Ekvator xəttini keçərək finişə doğru üz tutan turnirdə sayca 10-cu olan daha bir tura yekun vurulub. Hesabat turunda Rəcəbov yarışların vahid lideri olan rusiyalı Yan Nepomniyaşiy ilə qarşılaşıb. Rəcəbovun qara fiqurlarla oynadığı bu partiya 37-ci gedişdə sülhlə başa çatıb. Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

 

Rixard Rapport (Macarıstan) - Dinq Liren (Çin) - 0:1;
Yan-Kşiştof Duda (Polşa) - Fabiano Karuana (ABŞ) - 1:0;
Xikaru Nakamura (ABŞ) - Əlireza Firuzca (Fransa) - 1:0.

 

Тurnir cədvəlində vəziyyət belədir: Nepomniyaşiy – 7 xal, Karuana, Nakamura. Dinq Liren - hərəyə 5,5 xal, Rəcəbov - 4,5 xal, Rapport, Firuzca, Duda - hərəyə 4 xal.

 

Qeyd: İddiaçılar turnirinin qalibi Dünya Şahamat Tacı uğrunda hazırki dünya çempionu Maqnuas Karlsenlə (Norveç) qarşılaşacaq. Turnirin başa çatmasına 4 tur qalır. Yan Nepomniyaşiy oyunlarını bu tempdə davam etdirsə, vaxtından əvvəl turnirin qalibi adını özünə təmin edəcək.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]