Faiq İsmayılov: Camalın qızının görə bilmədiyi həqiqətlər...

Faiq İsmayılov: Camalın qızının görə bilmədiyi həqiqətlər...

Faiq İsmayılov: Camalın qızının görə bilmədiyi həqiqətlər... 

 

QHT-lərə Dövlət Dəstəyi Agentliyin “Şuşa İli”nə həsr edilmiş qrant müsabiqəsinin nəticələri elan edilər-edilməz bəzi gözdən “iti”, qoldan “qüvvətli” adamlar düşdülər Agentliyin üstünə vurki - vurasan. Yazdığım bu ifadələr Dövlət Agentliyinin müdafiəsi anlamına gəlməməsin, sadəcə mən həqiqətin ayaqlar altına atılmasını istəmirəm. QHT-lərə Dövlət Dəstəyi Agentli yeni yaradılan bir qurumdur. Əlbəttə onun fəaliyyətində nöqsanlarda ola bilir, belə nöqsanlarla rastlaşanda (əgər varsa) onu araçdırmaq, aradan qaldırmaq üçün ictimailəşdirmək, mətbuata çıxarmaq istiqamətində heç kimə qadağa qoyulmur bu hər kəsin öz vicdan işidir. Lakin gündəmdə qalmaq üçün intriqalar yaratmaq, ləyaqətli insanları şərləmək, yoxlanılmamış məlumatları mətbuata çıxaran insankimilərin şərəf və ləyaqətinə hörmət gətirmir.

 

Mən həmişə mətbuat və ya sosial şəbəkələrdə süni şəkildə yaradılan belə intriqa və qarşıdurmalardan həmişə uzaq durmağa çalışmışam. Lakin, bu gün axar.az saytında “Şuşada oturub, Bakıya hikkə üfürənlərə...” adlı yazısına biganə qala bilmədim. https://axar.az/news/gundem/656966.html

 

Yazıda belə bir ifadə işlədilib: - “1. “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması”na 23.500 manat ayırmısınız. Şuşada böyük dövlət qurumları oturub, kərpic-kərpic bu şəhəri tikib-qurur və dağıntıları aylardır misqal-misqal toplayırlar. Bu QHT işğal dövründə Şuşaya vurulan zərəri 2-3 aya necə, hansı komanda, hansı peşəkarlıqla və dövlət qurumlarından hansı fərqlərlə aydınlaşdıracaq? Dövlətin yüksək peşəkarlıq, milyonlar və böyük ustalıqla gördüyü işə bu qədər primitivcəsinə yanaşmaya da qrant ayırarlar?”

 

Lakin yazıda göstərilmir Şuşada hansı “...böyük dövlət qurumları oturub, kərpic-kərpic bu şəhəri tikib-qurur və dağıntıları aylardır misqal-misqal toplayırlar”. Və həm də bir yox bir neçə dövlət qurumu göstərilir amma adları çəkilmir. Bərpa işlərində dağıntıları “misqal-misqal topla”maq anlayışı nə deməkdir? (Ümumiyyətlə dağıntıları bir yerə toplamaq mümkündürmü? Bunun memarlıq baxımından izahı varmı? Əgər ...“misqal-misqal topla”nan tikinti qalıqlarıdırsa (və əgər toplanırsa) harada saxlanılır? Onları bir yerə toplamaqda məqsəd nədir?

 

Məsələyə bu cür qeyri-peşəkar yanaşma, müəllifin QHT-lərə Dövlət Dəstəyi Agentliyinə qarşı qərəzini ortaya qoyur. Bu qərəzdən başqa bir şey deyildir. Burada 23500 manat qrant alan “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai birliyi”indən sadəcə vasitə kimi istifadə olunur. Yazıda təşkilatın adı çəkilmir. Məlumat üçün bildirimki bu təkilat 05 May 2005-ci ildə Dövət Qeydiyyatına alınıb. Qeydiyyatdan keçən bu dövr ərzində Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində 2645 tarix və mədəniyyət abidəsini aşkar edib qeydiyyata alıb. Bu abidələrdən 850-si Şuşaya aiddir (siyahısı arzu edilən vaxt təqdim edilə bilər). 2645 abidəninadlı siyahısı görüntüləri ilə bərabər 2014-cü ildə Mədəniyyət Nazirliyinə, 2018-ci ildə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə QHT tərəfindən təqdim edilib.

 

Bu təşkilat 2011-ci ildə Şuşa Şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinə qarşı törətdiyi vandalizm aktlarına görə Strasburqda Ermənistana qarşı məhkəmə iddiası qaldırıb. Bu məsələ bir il Azərbaycan teleməkanında gündəm olub. Abidələrin qorunması, vurulmuş zərərlərin qiymətləndirilməsinə görə təşkilatın rəhbərinin müəllifliyi ilə 15 kitab, 1 kataloq, 8 sənədli film və 300-dən çox məqalə çap edilib. Bu kitablardan 4-ü AMEA Hüquq və İnsan Haqları İnstitutu tərəfindən ingilis, fransız və rus dillərində təkrar-təkrar nəşr edilib.

 

Sayt məqalədə yazır: - “Bu QHT işğal dövründə Şuşaya vurulan zərəri 2-3 aya necə, hansı komanda, hansı peşəkarlıqla və dövlət qurumlarından hansı fərqlərlə aydınlaşdıracaq?” Saytın qyd etdiyi “bu QHT” Azərbaycanın mətbuat və informasiya orqanlarına o cümlədən axar.az saytına işğal dövründə Şuşaya və digər ərazilərə vurulan zərərin miqyası barədə dəfələrlə ekspert qismində müsahibə verib. Təşkilat və onun rəhbəri Respublikada bu istiqamətdə ekspert xidməti göstərən yeganə hüquqi şəxsdir. (internet resurslarına bax)

 

Məlumat üçün bildirim ki 26 fevral 2014-cü ildə Nazirlər Kabinetinin 51 s saylı qərarıı ilə yaradılan “Nazirlər Kabineti yanında itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupu”nda, Baş Nazir Artur Rasizadənin sərancamı ilə tarix və mədəniyyət abidələrinin qiymətləndirilməsi üzrə ekspert vəzifəsinə təyin edilmiş 2018-ci ilə qədər orada çalışmışdır. Bu dövr ərzində o “Müharibə zonalarında tarix və mədəniyyət abidələrinə vurulmuş zərərlərin qiymətləndirilməsi üzrə Metodologiya”nın şəriksiz müəllifidir.

 

44 günlük müharibədən dərhal sonra təşkilatın rəhbəri Azərbaycan Respublikasının Prezidenti Ali Baş komandan İ.Əliyevin göstərişi ilə 60 nəfərlik qrupun tərkibində Şuşaya göndərildi. O şəhərdəki tarix və mədəniyyət abidələrinin moritorinqində bir həftə iştirak etdi, şəhərdəki abidələrin vəziyyəti barədə qeydlər apardı 400-dən çox fotoşəkil çəkdi. Diqqət edin müharibədən dərhal sonra Şuşada erməni vandallığnı araşdıran yeganə QHT bu təşkilatdır.

 

Bu illər ərzində gərgin əməyin nəticəsində təşkilatda peşəkar bir qrup yetişdi. Biz bu təcrübəmizlə 2-3 aya deyil, 4-5 aya indyədək topladığımız məlumatlardan istifadə edərək İşğal dövrü ilə bağlı bir film, Şuşa memarlığının tarixi barədə bir kitab, Şuşanın memarlıq abidələri üçün təkmilləşdirilmiş pasport nümunələri hazırlayacaq təşkilatın http://monuments.az saytını işlədəcəyik. İndi mən sizə sual edirəm sizə böyük görünən 23500 manat vəsait sadalanan bu fəaliyyətə yetərli olacaqmı? Axı siz hesablamada mahirsiniz.

 

Sayt sual edir təşkilat vurulmuş zərərləri “dövlət qurumlarından hansı fərqlərlə aydınlaşdıracaq?” Cavab verirəm biz peşəkarlığımız və təcrübəmizlə bu sahədə dövlət qurumlarına daim dəstək oluruq. Beləki, Şuşa şəhərinin baş planının hazırlanması gedişində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nümayəndələrinin suallrına, 44 günlük müharibədən sonra Xarici İşlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin dəfələrlə bizə ünvanlanan suallarını cavablandırıb onlara dəstək olmuşuq.
Xarici ölkə portallarında yaratdığımız monuments.az kanalıyla erməni vandalizmini dünyaya nümayiş etdiririk. İşimiz davamlıdır bunun üçün Dövlətdən heç bir vəsait almırıq. https://zen.yandex.ru/id/5b617fafbad2fe00a8227f44?lang=ru&from_parent_id=0&parent_rid=67998915.96.1656519500682.76830&from_parent_type=subscriptions_heads_item

 

Axar.az saytının yaradıcı kollektivinə müraciət edirəm: Osmanqızı getdi, Camalqızı gəldi, Camalqızıda getsə yeri boş qalmayacaq kiminsə qızı gələcək. Siz bu gəlib gedənlərə alət olmayın, kiməsə iftira atıb yalan danışmayın heç kimə “hikkə üfür”məyin. Bu cinayətdir. Güman etməyinki cəzasız qala bilərsiniz. Məsələnin hüquqi qaydada şözümü ağrılı ola bilir. Ağıllı olun əzizlərim. Ünvanlandığınız faktları düzgün araşdırın.

Faiq İSMAYILOV.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]