Cüdo idman növü üzrə beynəlxalq media seminarı təşkil edilib - FOTO

Cüdo idman növü üzrə beynəlxalq media seminarı təşkil edilib - FOTO

Azərbaycan Cüdo Federasiyası (ACF) ölkəmizdə cüdonun 50 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində Beynəlxalq Cüdo Federasiyası (BCF) ilə birlikdə cüdo idman növünün nəzəri və praktiki incəliklərinin açıqlandığı beynəlxalq seminar təşkil edib. 29 iyun 2022-ci ildə keçirilən seminar BCF-in media və kommunikasiya direktoru Nikolas Messner tərəfindən aparılıb.


Seminarda 50-yə yaxın media nümayəndəsi ilə yanaşı, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri də iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan ACF-in baş katibi Rəşad Rəsullu bildirib ki, seminarın təşkilində məqsəd peşəkar idman jurnalistlərini cüdo idman növündəki yeniliklərlə tanış etmək, bu sahəyə yeni başlayan gənc jurnalistlərə cüdo idman növü haqqında müfəssəl məlumat vermək və onların bu sahəyə marağının artırılmasına nail olmaqdır: “Bununla əlaqədar olaraq dəvət etdiyimiz ekspert Nikolas Messner 2010-cu ildən etibarən BCF-in media və kommunikasiya direktorudur. O, həmçinin BCF-in Sülh üçün Cüdo Komissiyasının baş direktoru vəzifəsini də yerinə yetirir. Əminik ki, Nikolasın cüdo idman növü ilə bağlı bölüşəcəyi biliklər seminar iştirakçıları üçün faydalı olacaqdır”.


Seminarın məqsədi peşəkar idman jurnalistlərini cüdo idman növündəki yeniliklərlə tanış etmək, bu sahəyə yeni başlayan gənclərə cüdo haqqında müfəssəl məlumat vermək və onların bu sahəyə marağının artırılmasına nail olmaqdır.


Seminarın nəzəri hissəsində Nikolas Messner iştirakçılara cüdonun prinsipləri, dəyərləri, bugünkü inkişafı və BCF-nin əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bununla yanaşı, o, BCF-in idman və təşkilati qaydaları, turnirlərin sistemi və iyerarxiyası, reytinq xallarının hesablanması və digər mövzular haqqında danışıb.


Daha sonra Nikolas Messner Azərbaycan milli yığmasının aparıcı üzvləri Orxan Səfərov, Rüstəm Orucov və Səid Mollayidən müsahibə götürüb və seminar iştirakçılarına cüdo idman növü üzrə elit idmançılardan müsahibə götürmək texnikalarını və yanaşmalarını nümayiş etdirib.


Seminarın praktiki hissəsində isə Nikolas Messner Səid Mollayi və Orxan Səfərovun iştirakı ilə seminar iştirakçılarına cüdo prinsipləri ilə yaxından tanış olmaları üçün müxtəlif fəndləri nümayiş etdirib.


Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]