Rabitəbank "Lombard Krediti"nin komissiya faizlərini sıfırladı!

Rabitəbank "Lombard Krediti"nin komissiya faizlərini sıfırladı!

Rabitəbank, təcili pula ehtiyacı olanlara çox sərfəli şərtlərlə “Lombard Krediti” kampaniyasını təklif edir. Belə ki, müştərilər öz dəyərli zinət əşyalarını banka gətirməklə, 20 000 AZN-dək kredit əldə edə, 3.5% endirim, üstəlik 0% komissiya ilə kampaniyadan yararlana bilərlər.

Müştəri, əldə etdiyi krediti 36 ay müddətinədək ödəmək şansını əldə edəcək.

Komissiya endirimindən yararlanmaq üçün kreditin rəsmiləşdirildiyi tarixdə müştərinin Rabitəbank-da aktiv Lombard krediti olmamalıdır.

Qeyd edək ki, 0% komissiya kampaniyası 29 iyul tarixinədək keçərlidir. Rabitəbank, müştərilərini kampaniyadan yararlanmağa dəvət edir.

20 000 AZN-dək Lombard kreditini bankın aşağıdakı əlaqə vasitələrindən:

-  RabitaBot çatbotu ilə messencer və ya teleqram vasitəsilə;

-  4133 qısa nömrəsinə “Lombard” yazıb göndərərək;

-  133 Çağrı Mərkəzinə zəng etməklə əldə etmək mümkündür.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]