Qadın voleybol yığmamız hazırlıq prosesini Mingəçevirdə davam etdirir -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Qadın voleybol yığmamız hazırlıq prosesini Mingəçevirdə davam etdirir -İNTİQAM təqdim edir (AZpress.AZ)
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının təsnifat mərhələsinə hazırlıqların növbəti mərhələsini Mingəçevirdə davam etdirir. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, komandanın təlim-məşq toplanışı “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil edilib. Baş məşqçi Eldar Yusubov, köməkçiləri Vüqar Əliyev və Emin Əbilovun rəhbərliyi altında iyunun 25-dən başlayan hazırlıq iyulun 5-də başa çatacaq. Mingəçevirdəki təlim-məşq toplanışına 15 voleybolçu icəlb edilib.
Qeyd edək ki, milli AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. V İslam Həmrəyliyi Oyunlarında isə komandamızın rəqibləri hələlik məlum deyil.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)




