BDU-da qazaxıstanlı alimlə görüş

BDU-da qazaxıstanlı alimlə görüş

BDU-da qazaxıstanlı alimlə görüş 

 

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Qazaxıstanın Yessenov Universitetinin Turizm və dil fakültəsinin Qazax dili və ədəbiyyatı kafedrasının professoru Bibiayşə Nurdouletova, “Mangistau TV” kanalının müxbiri Aissara Nurzxanova, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Beynəlxalq əlaqələr və təhsil şöbəsinin müdiri Səfər Aşurov və Numizmatika və Epiqrafika şöbəsinin müdiri, elmi katib Akif Quliyev ilə görüş keçirilib.

 

Görüşdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə iştirak ediblər. Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan BDU-nun və Şərqşünaslıq fakültəsinin tarixi haqqında ətraflı məlumat verib, həyata keçirilən elmi yeniliklər barədə danışıb.

 

Görüşdə universitetlər və fakültələr arasında əlaqələrin qurulması, tələbə-müəllim mübadiləsi, ortaq tədqiqat işlərinin aparılması, birgə elmi seminarların, ustad dərslərinin, onlayn dərslərin təşkili, layihələrin həyata keçirilməsi, xüsusilə də türk dilinin tədrisində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Görüş iştirakçıları şərqşünaslıq sahəsində ikitərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]