Urfan Cəfərov Beynəlxalq Opera ifaçılarının Vokal Müsabiqəsinin qalibidir (AZpress.AZ, İ.Nəriman, +FOTO=8)

Urfan Cəfərov Beynəlxalq Opera ifaçılarının Vokal Müsabiqəsinin qalibidir (AZpress.AZ, İ.Nəriman, +FOTO=8)

Urfan Cəfərov Beynəlxalq Opera ifaçılarının Vokal Müsabiqəsinin qalibidir (AZpress.AZ, İ.Nəriman, +FOTO=8)

 

19 iyun 2022-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-Yo­rk şəhərində keçirilən "Ame­rican Protégé Intern­ational Vocal Compet­ition 2022" adlı beynəlxalq opera ifa­çılarının vokal müsa­biqəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Respub­lika və Beynəlxalq müsabiqələr laureatı, gənc opera müğənniləri arasında Avropa çempionu və Gənclər Mükafatı laureatı Urfan Cəfərov 21 ölkə arasında birinci yeri qazanmışdır. O, müsabiqənin qalibi kimi Azərbaycanı ilk dəfə məşhur Karnegi Hall səhnəsində təms­il edəcək və dünyanın ən məşhur salonlar­ından birində solo ifa edən ilk azərbayc­anlı gənc ifaçı olac­aqdır.

 

Qeyd edək ki, öncə həmyerlimiz opera if­açılığı üzrə bu yaxınlarda Ukraynanın Truskavetsk şəhərində keçirilən “Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş Opera və Estrada Vokalçıların IV Beynəlxalq Müsabiqəsi”ndə 18 müxtəlif ölkələrdən gələn (16-40 yaş ) xüsusi ifaçılar arasından Qran Pri qazanmış, müsabiqənin əsas prizi, ABŞ-nin Nyu-York şəhərində dünya şöhrətli konsert arenası olan - Karnegi Hollda solo konsert üçün nüfuzlu sertifikatını ilk azərbaycanlı olaraq əldə etmişdir. O, Uk­raynadan sonra isə Am­erikada qalib oldu. Gənc vokalçı Nyu-Yo­rk solo konserti üçün prestijli sertifikat alan ilk azərbayc­anlı olaraq, “Carnegie Hall”da keçiriləcək çox nüfuzlu vokalçıların müsabiqəsinin final mərhələsinə birbaşa vəsiqə qazanmışdır.

 

Səsi və səhnə mədəniyyəti ilə münsiflər heyətini heyran etmiş Urfan Cəfərov ABŞ-ın müxtəlif ştatları, Azərbaycan, Avstriya, Bosniya və Hersoqovina, Kanada, Çin, Danimarka, Honq-Konq, Hindistan, İndoneziya, İran, Yaponiya, Litva, Malaziya, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, Ermənistan, Şri Lanka, Tayland və Birləşmiş Ərəb Əmirliklərindən bir çox nüfuzlu müsabiqələr laureatları və Qran-Pri almış ifaçılar arasından şəffaf və ciddi rəqabətdən qalib olmuşdur.

 

Xüsusilə vurğulamaq lazımdır ki, bu, ikili qələbədir. Bununla da Urfan Cəfərov Carnegie Holl-da həm konsert proqramı, həm də keçiriləcək Opera ifaçılarının müsabiqəsinin Final mərhələsində iştirak edəcəkdir.

 

Onu da qeyd edək ki, Azərbaycanın Xalq artisti, professor, dünya şöhrətli opera müğənnisi Xuraman Qasımovanın tələbəsi olmuş Urfan Cəfərov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]