Ağcabədidə mülki müdafiə məşqi keçirilib (AZpress.AZ, Mais İbrahimov, +FOTO=35)

Ağcabədidə mülki müdafiə məşqi keçirilib (AZpress.AZ, Mais İbrahimov, +FOTO=35)

Ağcabədidə mülki müdafiə məşqi keçirilib (AZpress.AZ, Mais İbrahimov, +FOTO=35)

 

İyunun 29-da Ağcabədidə hərbiləşdirilməmiş mülki-müdafiə dəstələri ilə xəbərdarlıq-toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, təlim-toplanışda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Mirəli Feyziyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik-leytenant Qabil Rzayev, Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Elçin Quliyev və sözügedən qurumların əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov mülki-müdafiə əməkdaşlarının işindəki operativlikdən, xüsusən 44 günlük Vətən müharibəsi zamanı mülki müdafiə dəstələrinin fəal xidmətindən, zərərçəkmiş şəxslərə vaxtında lazımi xilasetmə və yardım işlərini uğurla həyata keçirməsindən söz açıb. FHN Qarabağ Regional Mərkəzinin rəisi Mirzəli Feyziyev öz çıxışında baş verə biləcək hallarla bağlı mülki əhali arasında maarifləndirmə işlərinin aparılmasında və bu işlərin həyata keçirilməsində göstərdiyi qayğıya görə rayon rəhbərinə öz minnətdarlığını bildiriib.

 

Qeyd edək ki, 138 nəfər şəxsi heyətin və 34 texnikanın cəlb olunduğu məşqin məqsədi hərbiləşdirilməmiş fövqəladə hallar zamanı xəbərdarlıq toplanışının yoxlanılması olub.

Fotomüxbir Mais Amin AZpress.AZ Ağcabədi
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]