Azərbaycanlı güləşçi Elnurə Məmmədova Avropa çempionu olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycanlı güləşçi Elnurə Məmmədova Avropa çempionu olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Azərbaycanlı güləşçi Elnurə Məmmədova Avropa çempionu olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Əsmər Canqurtaransa bürünclə canını qurtarıb

 

İtaliyanın paytaxtı Romada güləş üzrə 20 yaşlı (U-20) oğlan və qızlar arasında keçirilən Avropa çempionatı davam edir. Çempionatın 3-cü günü zərif cinsdən olan 3 təmsilçimiz mübarizəyə qatılıb ki, onlardan da biri bütün görüşlərini qələbə ilə bitirərək Avropa çempionu adını qazanıb, biri isə bürünc medalla kifayətlənib. Çempioin adını 55 kq-da güləşən Elnurə Məmmədova qazanıb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk görüşdə italiyalı İmmakolata Daniseni xalçadan məyus halda yola salan (7:0) güləşçimiz daha sonra həm macar Roza Senttamasini, həm də bolqarıstanlı Nazpəri Tahiri "tuşe" ilə üstələyərək finala yüksəlib. Həlledici final görüşündə isə o, bir neçə gün öncə U-17-lərin Avropa çempionatında qızıl medal qazanmış türkiyəli Tuba Demirlə qarşılaşıb. Həmin final görüşündə türkiyəli güləşçisi üzərində 10:1 hesablı qələbə qazanan Elnurə Avropa çempionu olub. Günün bürünc medalı isə Əsmər Canqurtaranın (50 kq) aktivinə yazılıb. Xatırladaq ki, startda macarıstanlı Henrietta Qaala, 1/8 finalda isveçli Neli Yohanssona, 1/4 finalda isə gürcüstanlı Məryəm Qriqalaşviliyə "tuşe" ilə qalib gələn Canqurtaran yarımfinalda yeniyetmələr arasında dünya çempionatının bürünc medalçısı olan Şevval Çayıra (Türkiyə) qarşı görüşdə canını qurtara bilməyib. Sonda isə o, bürünc medal uğrunda isveçrəli Svenya Yunqoyla güləşdə qalib gələrək canını bürünc medalla qurtara bilib.

 

Dünən isə daha daha 3 təmsilçimiz mübarizəyə qatılıb ki, onklardan da biri - Birgül Sultanova (62 kq) finalda qızıl, Mərziyə Sadıxova (72 kq) isə bürünc medal uğrunda gülışmək imkanı əldə edib.
Hazırda Azərbaycan yığmasının ümumi hesabında 3 qızıl, 1 gümüş və 3 bürünc medal var.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]