Qızlardan ibarət U-20 yığmamız Avropada 4 medalla 5-ci yeri tutub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Qızlardan ibarət U-20 yığmamız Avropada 4 medalla 5-ci yeri tutub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Qızlardan ibarət U-20 yığmamız Avropada 4 medalla 5-ci yeri tutub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İtaliyanın paytaxtı Romada 20 yaşlılar (U-20) arasında güləş üzrə keçirilən Avropa çempionatında qadın güləşi üzrə yarışlar da başa çatıB.

 

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, qitə birinciliyinə böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 6 güləşçiylə yollanan qızlardan ibarət millimiz uğurlu çıxış etməklə yeni tarix yazıb. Belə ki, çempionata qatılan 6 təmsilçimizdən 4-ü fəxri kürsüyə qalxıb. Bunlardan ikisi - Elnurə Məmmədova (55 kq) və Birgül Soltanova (62 kq) Avropa çempionu adını qazanıb. Bu cütlüyümüz həm də, gənclər arasında qitə birinciliyində 7 illik qızıl medal həsrətinə son qoyub. Daha iki təmsilçimiz - Əsmər Canqurtaranla (50 kq) Mərziyə Sadıqovanın (72 kq) isə bürünc medal əldə edib. Bununla da gənclər arasında 2 qızıl, 2 bürünc medal Azərbaycan qadın güləşində medalların əyarına görə yeni rekorda imza atıb. Yığmamız komanda hesabında 92 xal toplayıb ki, bu da millimizə 5-ci yeri tutmaqla yanaşı, həm də yeni rekord imza atıb.
Beləliklə, qızlardan ibarət komandamız Romada cəmi 6 güləşçiylə təmsil olunmasına baxmayaraq, 2 rekordunu yeniləyib.

 

Qeyd edək ki, Azərbaycanın komanda hesabında 5-ci olduğu bu çempionatda Ukrayna (169), Türkiyə (151), Almaniya (117) və Polşa (102) müvafiq ardıcıllıqla 1-4-cü yerləri bölüşüb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]