Ərkivan FK finala doğru Akif Ağayev (AZpress.AZ)

“Ərkivan” FK finala doğru Akif Ağayev (AZpress.AZ)

 “Ərkivan” FK finala doğru

 

 

Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) təşkilatçılığı ilə ölkə çempionatının ½ final mərhələsinin ilk oyunları keçirilib.

“Ərkivan” (Masallı) futbol klubu səfərdə “Lokomotiv” (Bakı) komandası ilə görüşüb.

İyulun 3-də, Bakı şəhərində, “ASK-Arena” stadionundakı qarşılaşmada Masallı futbolçuları ev sahiblərini məğlubiyyətə uğradıblar. İlk qolun müəllifi qarşı tərəf olsa da “Ərkivan” futbol klubunun üzvləri çox keçmədən üstünlüyü ələ alıblar. Maraqlı mübarizə şəraitində davam edən oyun masallıların qələbəsi ilə yekunlaşıb – 4:6. İdmançılardan Ülvi İbazadə (3 qol), Əflatun Məmmədov (2 qol), Məhəmməd Əlizadə (1 qol) rəqib qapısına yol tapıblar.

Məlumat üçün bildirək ki, Azərbaycan Həvəskarlar Futbol Federasiyasının prezidenti Rüfət Əmirov, baş katibi Füzuli Nəcəfov da oyunu izləyiblər.

Həvəskarlar liqasında 11-ci qələbəsinə imza atan “Ərkivan” FK eyni adlı komanda ilə cavab oyununu iyulun 7-də, doğma divarlar arasında keçirəcək.

 

Akif AĞAYEV,

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]