Ağcabədidə Azərbaycan Polisi Günü qeyd olunub (AZpress.AZ, Mais İbrahimov, +FOTO=72)

Ağcabədidə Azərbaycan Polisi Günü qeyd olunub (AZpress.AZ, Mais İbrahimov, +FOTO=72)

Ağcabədidə Azərbaycan Polisi Günü qeyd olunub (AZpress.AZ, Mais İbrahimov, +FOTO=72)

 

Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir, hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.

 

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ağcabədi rayonunda polis işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə səsləndirilib. Rayonun polis işçiləri ulu öndər Heydər Əliyevin İcra Hakimiyyətinin qarşısındakı möhtəşəm abidəsi önünə tər güllər düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

 

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Polis şöbəsinin kollektivi və veteran polis işçiləri iştirak ediblər.

 

Rayon polis şöbəsinin rəisi, polis polkovniki Knyaz Həsənov çıxış edərək, tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik edib, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. K. Həsənov Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salıb, daxili işlər orqanlarına ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğı göstərildiyini, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

 

Tədbirdə çıxış edən Ağcabədirayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulayıb. Bildirib ki, 104 yaşlı daxili işlər orqanları bütün dövrlərdə xalqın və ölkənin təhlükəsizliyinin keşiyində etibarlı dayanıb, cinayətkarlığa qarşı qətiyyətli mübarizəni təşkil ediblər. Bu əlamətdar günün qeyd olunmasının əsası ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncamla qoyulub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb. Bu dövrdə Ümummilli Lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib.

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb.
2 İyul - Polis işçilərinin peşə bayramı günü münasibəti ilə xidmətdə fərqlənən bir qrup polis işçisinə yeni rütbələr, Ağcabədi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və təqaütdə olan polis əməkdaşlarına da qiymətli xatirə hədiyyələri təqdim olunub.

 

Polis əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edərək, sonda xatirə şəkili çəkdiriblər.

Fotomüxbir: Mais Amin AZpress.AZ Ağcabədi.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]