Bakıda yeni futbol məktəbi fəaliyyətə başlayıb

Bakıda yeni futbol məktəbi fəaliyyətə başlayıb

Azərbaycanda uşaq və yeniyetmələr üçün yeni futbol məktəbi fəaliyyətə başlayıb. 

"Şuşa 58" adlanan məktəbin əsas məqsədi ilkin olaraq azyaşlı uşaqların futbola maraq göstərməsi və onlara bu sahənin sirrlərini öyrətməkdir. 

Futbol məktəbi Vətən müharibəsi ərəfəsində yaradılıb. Klubun təsisçiləri Teymur Teymurov və Fərid Məmmədovdur. "Şuşa 58"in məşqləri "Sabunçu Arena"da gerçəkləşir. 

Hazırlıqlar həftədə 3 dəfə mütəxəssis Fərid Məmmədovun və qapıçı məşqçisi Salman Əliyevin rəhbərliyi ilə həyata keçirilir. 

Futbol məktəbinə 6 - 9 yaş qrupu üzrə seçimlər davam edir. 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]