Azərbaycanda eksklüziv fotoların yeni ünvanı - "PhotoStock" fəaliyyətə başladı

Azərbaycanda eksklüziv fotoların yeni ünvanı - "PhotoStock" fəaliyyətə başladı

Bu gün öz fotoqraflarının müxtəlif mövzulara həsr olunmuş, yüksək keyfiyyətli və olduqca geniş sahə üzrə seçim imkanı təklif edən fotolarını təqdim edən “PhotoStock” layihəsinin saytı (www.photostock.az) işıq üzü görür.

“PhotoStock” layihəsinin saytının fəaliyyətə başlaması ilə istifadəçilər peşəkar fotoqrafların obyektivinə tuş gələn, ölkə daxilində beynəlxalq və yerli əhəmiyyətli tədbirlərdən görüntülər də daxil olmaqla, bir-birindən keyfiyyətli, maraqlı fotoları əldə etmək imkanına sahib olurlar.

Fotobank istifadəçilərə istisnasız olaraq yalnız eksklüziv fotoları təklif edir. Hər bir fotonun orijinallığına və keyfiyyətinə zəmanət verilir.

İstifadəçilər saytın bazasındakı bütün fotoları istər ödənişli, istərsə də tamamilə pulsuz şəkildə əldə edə bilərlər. Ödənişli əsaslarla təqdim olunan fotoların qiyməti ölçü və keyfiyyət parametrlərinə əsasən tənzimlənir. “PhotoStock”un yüksək keyfiyyətli materiallarından həmçinin ənənəvi qaydada (loqolu versiyanı yükləməklə) pulsuz şəkildə istifadə etmək mümkün olacaq.

“PhotoStock” şirkəti vasitəsilə həmçinin sifariş əsasında istənilən mövzuda yüksək keyfiyyətli çəkilişlərin də həyata keçirilməsi mümkündür.

Fotobankın fəaliyyəti ilə həmçinin sosial şəbəkə hesabları vasitəsilə də tanış ola bilərsiniz:

https://www.facebook.com/GlobalPhotoStock

https://twitter.com/PhotoStockaz

https://www.instagram.com/globalphotostock/

https://www.youtube.com/channel/UCON0S58F0q3GBaw09vX0Jcw

https://t.me/photostockaz

https://vt.tiktok.com/ZSd9aQWxq/ 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]