Rus evində Lalə Muxtarovanın "Ещё раз про любовь" konserti olmuşdur +FOTO=4

Rus evində Lalə Muxtarovanın "Ещё раз про любовь" konserti olmuşdur +FOTO=4

Rus evində Lalə Muxtarovanın "Ещё раз про любовь" konserti olmuşdur  

 


1 İyul 2022 il tarixində Bakıdakı Rus evində Ü.Hacibəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, beynəlxalq müsabiqələr laureatı Lalə Muxtarovanın "Ещё раз про любовь"(Bir daha məhəbbət haqqında") yaradıcılıq layihəsi çərçivəsində konserti olmuşdur. Rus evi səhnəsində Bakıda tanınmış, aralarında cavan olan yaradıcı xadimlər də iştirak etmişdilər. Azərbaycanın Rus və Tatar gənclər cəmiyyətinin, təhsil və mədəniyyət qurumlarının nümayəndələri iştirak etmişdilər.

 

Tədbirdə beynəlxalq müsabiqələr laureatı, BMA- nın baş müəllimi Lalə Muxtarova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina, beynəlxalq müsabiqələr laureatı, BMA- nın konsertmeysteri Dilarə Kərimova, Azərbaycan Respublikasının Əməkdar artisti Anton Ferştandt, bəstəkar və vokalçı Qasım Xəlilov, beynəlxalq müsabiqələr laureatı Kamilla İmanova, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik filarmoniyanın solisti Talət Hüseynov, Rusiyanın "Russkoye pero" milli mükafatının sahibi şair Sahib Məmmədov, BMA-nın tələbəsi, Prezident təqaüdçüsü Elçin Məmmədov, BMA-nın tələbəsi, Səs Azərbaycan 1/8 finalçısı, beynəlxalq müsabiqələr laureatı, Lalə Zeynal, beynəlxalq müsabiqələr laureatı BMA- nın tələbəsi Məhəbbət Ocaqverdiyeva, BMA-nın tələbələri Aysel İbrahimli və Azər Səfərzadə iştirak etmişdilər. Konsertdə aşağıdakı bəstəkarlarının əsərləri səslənmişdir:

 

F.List, İ.S.Bax, P.İ.Çaykovski, M.Qlinka, F. Sücəddinov, R.Leonkavallo, K.Velaskes, F.Ley, B.Hovard, D.Volf, B.Fomin, J.Sebag, N.Paqanini-D. Garett, Q.Xəlilov. "KİŞ", "Arıya" qrupların və Elvis Presli repertuarlardan kompozisiyalar və B.Pasternakın, S.Məmmədovun və L.Muxtarovanun şeirləri səsləndirilmişdir. Konsert tam anşlaqla keçirildi.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]