Basketbol yığmamız AÇ-da Andorraya yenə də uduzub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Basketbol yığmamız AÇ-da Andorraya yenə də uduzub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Basketbol yığmamız AÇ-da Andorraya yenə də uduzub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İyulun 28-də Azərbaycanın kişi basketbolçulardan ibarət yığması da daxil olmaqla Maltada basketbolu zəif inkişaf etmiş ölkələrin iştirakı ilə startı verilən Avropa çempionatına bu gün həlledici final və 3-cü yer uğrunda keçirilən matçla yekun vurulacaq. Xatırladaq ki, çempionatda 7 komanda 2 qrupda mübarizəyə başlayıb. Baş məşqçisi Aleksandr Trifunoviç, heyəti isə Zaur Paşayev, Orxan Aydın, Endar Poladxanlı, Anar Hacıyev, Əkbər Məmmədov, Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Şirzad Şirzadov, Elşad Şirzadov, Cordan Devis, Ulas Can Turqut və Beray Taşerdən ibarət olan Azərbaycan yığması bu gün 3-cü yer uğrunda Andorrayla qarşılaşıb. Qrup mərhələsində olduğu kimi, bu dəfəki görüş də rəqibin qələbəsi ilə bitib - 75:84 (20:24, 16:20, 20:17, 19:23). Bununla da yığmamız AÇ-nı 4-cü yerdə başa vurub. Finalda isə Erməniastanla ev sahibi olan Malta qarşılaşacaq.

 

Xatırladaq ki, Azərbaycan yer aldığı qrupda Malta (71:73) və Andorraya (69:72) uduzduqdan sonra 14 finalda San-Marinonu 68:51 hesabla udaraq yarımfinala çıxmış və və yenidən Maltayla üzləşmişdi. Görüş qrup mərhələsində olduğöu kimi yenə də Maltanın qələbəsi (52:59) ilə bitincə yığmamız 3-cü yer uğrunda oynamalı olmuşdu.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]