Rəcəbov iddiaçılar turnirində Karuana ilə xal bölüb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Rəcəbov iddiaçılar turnirində Karuana ilə xal bölüb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Rəcəbov iddiaçılar turnirində Karuana ilə xal bölüb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Yan Nepomniyaşiysə vaxtından əvvəl turnirin qalibi olub

 

İspaniyanın paytaxtı Madriddə keçirilən və azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da daxil olmaqla planetin ən yaxşı 8 şahmatçısının iştirak etdiyi iddiaçılar turnirində sayca 13-cü olan daha bir tura yekun vurulub. Qeyd edək ki, dairəvi sistem üzrə keçirilməklə iki dövrədən və 14 turdan ibarət olan bəlli turnirin hesabat turu demək olar ki, həm iştirakcılar, həm də turnririn özü üçün həlledici olub. Beləki, həmyerlimiz Rəcəbovun ABŞ təmsilçisi Fabiano Karuana ilə heç-heçə oynadığı bu turda yarış cədvəlinə vahid liderlik edən rusiyalı Yan Nepomniyaşiyə turnirin qalibi adını vaxtından əvvəl özünə təmin etməsi üçün cəmi 0,5 xal da lazım idi. O, lazım olan bu yarım xalı macarıstanlı Rixard Rapportla oyunda əldə eidb. Turnirin bitməsinə bir tur qalmış Nepomniyaşiy aktivindəki xalların sayını 9-a çatdırıb. Bu isə onu ən yaxın təqibçisi olan Xikaru Nakamuradan (ABŞ) 1,5 xal uzaqlaşdırıb. Bununla da bütün rəqibləri üçün əlçatmaq olan Nepomniyaşiy vaxtından əvvəl (bir tur qalmış) turnirin qalibi adını özünə təmin edib. Bu da ona hazırki dünya çempionu Maqnus Karlsenlə (Norveç) Dünya Şahmat Tacı uğrunda qarşılaşmaq imkanı verib. Bu səbəbdən də 14-cü tur onun üçün formal xarakter daşıyacaq. Son turda Rapport - Rəcəbov, Karuana - Firuzca, Dinq Liren - Nakamura və Nepomniyaşiy - Duda qarşılaşmaları olacaq.
Hazırda turnir cədvəlində vəziyyət belədir: Yan Nepomniyaşiy (Rusiya) - 9 xal, Xikaru Nakamura (ABŞ) - 7,5, Dinq Liren (Çin) - 7, Teymur Rəcəbov, Fabiano Karuana (ABŞ) - hərəyə 6,5, Rixard Rapport (Macarıstan) - 5,5, Yan-Kşiştof Duda (Polşa), Əlireza Firuzca (Fransa) - hərəyə 5 xal.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]