Teymur Rəcəbov "səkkizliyin" Madrid "döyüşündə" 3-cü olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Teymur Rəcəbov "səkkizliyin" Madrid "döyüşündə" 3-cü olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

Teymur Rəcəbov "səkkizliyin" Madrid "döyüşündə" 3-cü olub -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Yan Nepomniyaşiysə qalib adını qazanıb

 

İspaniyanın paytaxtı Madriddə azərbaycanlı qrossmeyster Teymur Rəcəbov da daxil olmaqla planetin ən güclü 8 şahmatçısının iştirakı ilə Dünya Şahmat Tacı uğrunda keçirilən iddiaçılar turnirinə 14-cü turla yekun vurulub. Tunirin qalibi adını və hazırkı dünya çempionu Maqnus Karlsenlə (Norveç) çempionluq yarışına qatılmaq hüququnu rusiyalı Yan Nepomniyaşiy qazanıb. Turniri 10 xalla başa vuran Nepomniyaşiy ən yaxın izləyicisi olan Çin təmsilçisi Dinq Lireni 2 xal geridə qoyub. Həmyerlimiz Rəcəbova gəlincə, son turda macarıstanlı Rixard Rapportu qara fiqurlarla 33-cü gedişdə mat qoyaraq, aktivindəki xalların sayını 7,5-ə çatdırıb ki, bu da ona yarış cədvəlində 3-cü olmaq imkanı verib. Rəcəbov onunla eyni xal ehtiyatına malik olan Xikaru Nakamuranı (ABŞ) əlavə əmsallara görə qabaqlayıb.

 

Son turun nəticələri və yekun turnir cədvəli belə olub:

 

14-cü tur:
Rixard Rapport (Macarıstan) - Teymur Rəcəbov - 0:1;
Fabiano Karuana (ABŞ) - Əlireza Firuzca (Fransa) 0:1;
Dinq Liren (Çin) - Xikaru Nakamura (ABŞ) - 1:0;
Yan Nepomniyaşiy (Rusiya) - Yan-Kşiştof Duda (Polşa - 0,5:0,5.
1. Nepomniyaşiy - 10 xal, 2. Dinq Liren - 8 xal, 3-4. Rəcəbov, Nakamura - hərəyə 7,5 xal, 5. Karuana - 6,5 xal, 6. Firuzca - 6 xal, 7-8. Rapport, Duda - hərəyə 5,5 xal.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]