Azərbaycanın Türkiyə Respublikasındakı səfiri Türkiyənin Zonquldak vilayətinə səfər edib - FOTO

Azərbaycanın Türkiyə Respublikasındakı səfiri Türkiyənin Zonquldak vilayətinə səfər edib - FOTO

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov 4 iyul tarixində Türkiyənin Zonquldak vilayətinə səfər edib və bir sıra görüşlər keçirib.


Səfir Zonquldak bələdiyyəsini ziyarət edib və bələdiyyə rəhbərliyi ilə keçirilmiş görüşdə Azərbaycan - Türkiyə münasibətlərinin xüsusi əhəmiyyətinə diqqət çəkərək, ikitərəfli münasibətlərin inkişafı üçün bundan sonra da çalışmağa davam edəcəyini bildirib.


Zonquldak valisi Mustafa Tutulmazla kecirilmiş nəzakət görüşündə iki qardaş ölkə arasında əməkdaşlıq imkanları müzakirə edilib, Türkiyənin mədən sənayesində qabaqcıl vilayətlərindən olan Zonquldakla Azərbaycanın müvafiq bir şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılmasına dair fikir mübadiləsi aparılıb. Daha sonra səfir valinin müşayiəti ilə Türkiyədə ən zəngin daş kömür yataqlarına malik olan Zonquldakda yerləşən Mədən  muzeyi və Kömür təcrübə ocağını gəzərək, onların fəaliyyəti ilə bağlı ətraflı məlumat alıb.


Səfir Rəşad Məmmədov səfər çərçivəsində Zonquldak Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Mətin Dəmirlə də görüş keçirib.


Səfirə Palatanın investisiya qoymaq üçün maraqlı olduğu sahələr barədə məlumat verilib. Səfir R.Məmmədov vilayətdəki iş adamlarina Azərbaycandakı investisiya imkanları barədə məlumat verərək onları xüsusilə işğaldan azad olunmuş Qarabağda aparılan bərpa və yenidənqurma çalışmalarına investiya yatırmağa dəvət edib. Aparılmış müzakirələr nəticəsində əməkdaşlıq fürsətlərinin qiymətləndirilməsi məqsədilə yerli iş adamlarından ibarət heyətin Azərbaycana, azərbaycanlı iş adamlarının isə Zonquldaka səfərinin təşkili ilə bağlı razılıq əldə olunub.


Rəşad Məmmədov Zonquldak səfəri çərçivəsində Bülent Ecevit Universitetini də ziyarət edərək rektor vəzifəsini icra edən professor Hakan Kutoğlu ilə görüşüb. Görüşdə Universitetin Azərbaycan universitetləri ilə əməkdaşlıq imkanları, yeni yaradılacaq neft - kimya fakültəsi üçün bu sahədə inkişaf etmiş Azərbaycan universitetlərinin təcrübəsinin öyrənilməsi, tələbə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub. Səfir Bülent Ecevit Universitetində təhsil almaqda olan azərbaycanlı tələbələrin təhsili ilə də maraqlanıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]