"Nar" yeniyetmələrin sağlam həyat tərzini seçməsinə dəstək olur

"Nar" yeniyetmələrin sağlam həyat tərzini seçməsinə dəstək olur

“Nar” sağlam həyat tərzini təbliğ etmək məqsədilə aztəminatlı ailələrdən olan yeniyetmələr üçün boks təlimlərini keçirməyə davam edir. Builki təlimlərə 15 yeniyetmə qatılıb və mobil operator təlim iştirakçılarına peşəkar məşq üçün zəruri olan boks ləvazimatları hədiyyə edib.


Təlimlər “Baku Fight Lab”in Azərbaycana dünya, Avropa və Olimpiya çempionları və mükafatçıları yetişdirmiş təcrübəli məşqçilərinin rəhbərliyi ilə keçirilir. Bu, təlimlərə qatılan yeniyetmələrin qarşısında peşəkar boksçu karyerası qurmaq üçün böyük imkan açır.


Qeyd edilən təlim “Nar” və “Baku Fight Lab” əməkdaşlığı çərçivəsində həyata keçirilir. Təlimlərin başlıca məqsədi aztəminatlı ailələrdən olan yeniyetmələrə dəstək olmaq və yaşadığımız cəmiyyət üçün sağlam ruhlu şəxslər yetişdirməkdir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]