Azərbaycanda İlin Press Fotosu seçildi +FOTO=8

Azərbaycanda “İlin Press Fotosu” seçildi +FOTO=8

Azərbaycanda “İlin Press Fotosu” seçildi 

 

Gilavar Foto Klubu ötən ildən başlayaraq Azərbaycanda “İlin Press Fotosu” adlı yeni layihəyə start verib. Layihə çərçivəsində hər il “Azərbaycan Press Foto” adlı foto müsabiqənin keçirilməsi nəzərdə tutulur.
Müsabiqənin keçirilməsində də əsas məqsəd kütləvi informasiya vasitələrində çalışan və sərbəst fəaliyyət göstərən peşəkar fotoqraflar tərəfindən il ərzində çəkilən və mətbuatda yayımlanan ən yaxşı fotoları seçmək və dəyərləndirməkdir.

 

İkinci dəfə keçirilən “Azərbaycan Press Foto 2021” adlanan müsabiqəyə 2021-ci il ərzində çəkilmiş fotolar qəbul olunub. Yarışma ilə bağlı bütün təşkilati məsələlər, o cümlədən fotoların qəbulu, münsiflərin seçimi, müsabiqənin şərtlərinə əməl olunmasına nəzarət Gilavar Foto Klubu tərəfindən həyata keçiriləcək. Fotoqrafların işləri Misir, Hindistan və Banqladeşdən olan peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Foto müsabiqə rəqəmsal kateqoriya üzrə Xəbər, Gündəlik həyat, Portret, Təbiət, İdman və Mədəniyyət mövzuları ətrafında keçirilib. Qaliblər hər mövzu üzrə birinci yer, ikinci yer, üçüncü yer olmaqla seçilib. Xəbər fotosu mövzusu üzrə Əziz Kərimov 1-ci yer, Famil Mahmudbəyli 2-ci yer, Aydın Məmmədov 3-cü yer, Xəbər fotosu seriya mövzusunda Teymur Məmmədov 1-ci yer, Famil Mahmudbəyli 2-ci yer, Rəsul Rəhimov 3-cü yer, Portret mövzusunda Nadejda Cavadova 1-ci yer, Famil Mahmudbəyli 2-ci yer, Zamin Cəfərov, 3-cü yer, Gündəlik həyat mövzusunda Aleksandr Firstov 1-ci yer, Nurlan Tahirli 2-ci yer, Nadejda Cavadova 3-cü yer, Təbiət mövzusu üzrə Aydın Məmmədov 1-ci yer, Teymur Məmmədov 2-ci yer, Nadejda Cavadova 3-cü yer, İdman mövzusu üzrə isə Valeriy Xlızov 1-ci yer, Nadejda Cavadova 2-ci yer, Nurlan Tahirli 3-cü yerə layiq görülüb.

 

Qalib gələn fotolar arasından fotojurnalist Əziz Kərimovun helikopter qəzasında həlak olan hərbiçilərlə vida mərasimi zamanı çəkdiyi foto “İlin Press Fotosu” seçilib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]