İbrahim Allahverdiyev Almaniyada keçirilən yarışmada ikiqat dünya 1-cisi oldu ViDEO+FOTO=10

İbrahim Allahverdiyev Almaniyada keçirilən yarışmada ikiqat dünya 1-cisi oldu ViDEO+FOTO=10

 İbrahim Allahverdiyev
Almaniyada keçirilən yarışmada ikiqat dünya 1-cisi oldu


Xəbər verdiyimiz kimi, ötən günlərdə Almaniyanın Frankfurt şəhərində Beynəlxalq STEM Olimpiadası keçirildi. 14 ölkədən 285 iştirakçının qatıldığı olimpiadada təbiət elmləri, riyaziyyat və kodlaşma kateqoriyaları üzrə iştirakçılar fərqləndirildi. Ölkəmizin də təmsil olunduğu yarışmada komandamız ümümilikdə 31 qızıl , 23 gümüş, 29 bürünc, 16 həvəsləndirici medal əldə etmiş oldu. Qızıl medal uğrunda mübarizə aparanlar içərisində müxtəlif kateqoriyalardan yüksək nəticə göstərən şagirdlərimiz oldu. Belə ki, şagirdlərimiz 6 birincilik, 5 nəfər- 2-ci yer, 1 nəfər isə 3-cü yeri qazandılar
Ölkəmizə bİrincilik qazandıran şagirdlərdən biri də Allahverdiyev İbrahim Nizami oğludur. O, Xəzər Universiteti “Dünya” məktəbinin İB qrupunda təhsil alır. 19-23 iyul tarixində Almaniyanın Frankfurt şəhərində baş tutan beynəlxalq yarışmada İ.Allahverdiyev 8-ci siniflər arasında baş tutan mübarizədə rəqiblərini üstələyərək, 1-ci yerə layiq görülmüşdür.O, riyaziyyat və təbiət elmləri kateqoriyaları üzrə Azərbaycana iki birincilik qazandıran yeganə şagirdimizdir.
Beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edən uşaqlarımıza uğur, müvəffəqiyətlər arzu edir, birgə məqsədimiz uğrunda həmrəy olaraq birləşməyə çağırırıq!

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]