Lənkəranda şəhidin anım günü keçirilib -AZpress.AZ, Ağaddin Babayev – FOTO+22

Lənkəranda şəhidin anım günü keçirilib -AZpress.AZ, Ağaddin Babayev – FOTO+22

Lənkəranda şəhidin anım günü keçirilib-AZpress.AZ, Ağaddin Babayev – FOTO+22

 

Azərbaycanın ərazi bütövlüyünün qorunması, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Asif Fəzail oğlu Xəlilovun xatirəsini yad etmək məqsədilə onun təhsil aldığı və hazırda adını daşıdığı Lənkəran rayonunun Vel kənd tam orta məktəbində anım tədbiri keçirilib. AZpress.AZ xəbər verir ki, tədbirdə rayonunun icra strukturlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, ziyalılar, məktəbin müəllimləri, ağsaqqallar, media mənsubları iştirak ediblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra məktəbin direktor müavini Sevinc Talıbova şəhid Asif Xəlilovun keçdiyi döyüş yolu barədə ətraflı məlumat verib. Bildirilib ki, Asif Xəlilov 1973-cü ildə Vel kəndində anadan olub. 1980-1991-ci illərdə kənd məktəbində orta təhsil alıb. 1992-ci ilin iyun ayında könüllü olaraq cəbhəyə yollanıb. Ağdərə istiqamətində gedən gərgin döyüşlərdə igidliklər göstərərək, düşmənə ağır zərbələr vurub. İyulun 30-da həmin qanlı döyüşlərin birində o, qəhrəmancasına həlak olub, şəhidlik məqamına qovuşub.

 

Ölümündən sonra Asif Xəlilovun xatirəsini əbədiləşdirmək məqsədilə Vel kənd tam orta məktəbinə onun adı verilib. Məktəbin həyətində şəhidin abidəsi ucaldılıb.

 

Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Vel ərzizi vahidliyi üzrə nümayəndəsi Mircavad Abbasov, Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədri Fəxrəddin Hüseynov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, Vətən müharibəsi şəhidi Röyal İbrahimovun atası Qulam İbrahimov, Vətən müharibəsi qazisi Anar Bağırov, kənd ağsaqqalı Həmzə Babayev, müharibə veteranı Cəmil Hacıyev, məktəbin direktoru Zamin Abdullayev, dil-ədəbiyyat müəllimi Gülxara Əliyeva və başqaları şəhid Asif Xəlilovun ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildiriblər.

 

Şəhidin qardaşı Şamil Xəlilov şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya razılığını bildirməklə yanaşı, qardaşının xatirəsini əziz tutduqları üçün ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü çatdırıb.
Sonda şəhidin məzarı ziyarət olunub, üstünə gül-çiçək dəstələri düzülərək ruhuna dualar oxunub.

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]