Elm və Təhsil naziri Lənkəranda yaradıcı gənci qəbul edib- AZpress.AZ, Ağaddin Babayev

Elm və Təhsil naziri Lənkəranda yaradıcı gənci qəbul edib- AZpress.AZ, Ağaddin Babayev

Elm və Təhsil naziri Lənkəranda yaradıcı gənci qəbul edib-AZpress.AZ, Ağaddin Babayev

 

Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev Lənkəranda olarkən "Zəfər Yolu" İctimai Birliyinin Lənkəran şəhər təşkilatının sədri, 3 dəfə Respublika mahnı müsabiqəsinin qalibi Allahverən Pərvizoğlunu qəbul edib. Görüş zamanı nazir Allahverən Pərvizoğlunun fəaliyyəti ilə maraqlanıb.

 

"Zəfər Yolu" İctimai Birliyinin Lənkəran şəhər təşkilatının sədri Allahverən Pərvizoğlu fəaliyyəti, qazandığı uğurları və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr etdiyi mahnı haqqında məlumat verib. Bildirib ki, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən 3 dəfə Respublika mahnı müsabiqəsinin qalibi olub.
Sonra gənc fəal mahnıya çəkilmiş klipi disk formasında Emin Əmrullayevə hədiyyə edib.
Allahverən Pərvizoğlu səmimi qəbul üçün nazirə təşəkkürünü çatdırıb.

 

Sonda Elm və Təhsil naziri Emin Əmrullayev Allahverən Pərvizoğluna uğurlar arzulayaraq onunla xatirə şəkli çəkdirib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]