Lənkəran teatrı İranda keçiriləcək 12-ci Beynəlxalq mistik teatr festivalında Azərbaycanı təmsil edəcək (AZpress.AZ, Ağaddin Babayev, FOTO+3)

Lənkəran teatrı İranda keçiriləcək 12-ci Beynəlxalq mistik teatr festivalında Azərbaycanı təmsil edəcək (AZpress.AZ, Ağaddin Babayev, FOTO+3)

Lənkəran teatrı İranda keçiriləcək 12-ci Beynəlxalq mistik teatr festivalında Azərbaycanı təmsil edəcək (AZpress.AZ, Ağaddin Babayev, FOTO+3)

 

Lənkəran Dövlət Dram Teatrı İranda keçiriləcək “Sahibdelan” 12-ci Beynəlxalq mistik teatr festivalında Azərbaycanı təmsil edəcək. Bu barədə məlumatı teatrın direktoru Tofiq Heydərov verib. Onun sözlərinə görə, bu nüfuzlu sənət yarışması cari ilin dekabrında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində reallaşacaq. Lənkəran teatrı festivala “Haqqın 44 günü” tamaşası ilə qatılmağı nəzərdə tutub.
Əsərin müəllifi kollektivin baş rejissoru Anar Babalıdır. Müəllifin quruluş verdiyi səhnə əsəri Vətən müharibəsində 44 gün ərzində qazanılan böyük zəfərdən bəhs edir.

 

Tamaşada 30 il ərzində Qarabağ torpaqlarında baş verən erməni özbaşınalıqları, törətdikləri vəhşiliklər və xalqımızın igid oğullarının Vətən sevgisi, döyüşlərdə göstərdikləri şücaət öz əksini tapıb.
Teatrın gənc aktyorlarından Sayad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbaszadə Müzəffər Ordumuzun əzmkarlıq nümayiş etdirərək 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün müddətində düşmən tapdağından xilas etməsinin sevincini sənətkarlıqla canlandırırlar.

 

Tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.


 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]