Nağdsız ödənişlər zamanı geri qaytarılan ƏDV faizi artırılır

Nağdsız ödənişlər zamanı geri qaytarılan ƏDV faizi artırılır

Nağdsız ödənişlər zamanı geri qaytarılan ƏDV faizi artırılır

 

Nağdsız ödənişlər zamanı alıcıya geri qaytarılacaq ƏDV faizi artırılır. Yəni gələcəkdə aldığınız malın ödənişini nağd deyil, nağdsız formada etsəniz, sizə daha çox ƏDV qaytarılacaq.

 

Bu təkliflər Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan paketdə öz əksini tapıb. Mövcud qaydalara görə, hazırda əlavə dəyər vergisinin müştəriyə qaytarılan hissəsi nağdsız qaydada ödənilən ƏDV-nin 15 faizini, nağd qaydada ödənilən ƏDV-nin isə 10 faizini təşkil edir.

 

Məsələn, indi 100 manatlıq nağdsız edilən alışlar üçün əlavə dəyər vergisinin alıcıya qaytarılan məbləği 2 manat 28 qəpikdir. Ancaq yeni qaydalar qüvvəyə minərsə, bu zaman alıcı hər 100 manatlıq alış-veriş üçün 3 manat 5 qəpik ƏDV ala biləcək. Nağd ödənişlər zamanı isə 100 manatlıq alışda alıcıya 1 manat 52 qəpik ƏDV qaytarılır. Yeni təkliflər qüvvəyə minərsə, nağd alış zamanı alıcıya cəmi 76 qəpik qaytarılacaq.

 

Bundan əlavə, təkliflərdə tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin qaytarılması da nəzərdə tutulur.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]