BDU və Yozqat Bozok Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb +FOTO=2

BDU və Yozqat Bozok Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb +FOTO=2

BDU və Yozqat Bozok Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

 

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Yozqat Bozok Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Yozgat Bozok Universitetinin rektoru Ahmet Karadağ imzalayıblar.

 

İmzalanma mərasimində BDU-nun rektoru Elçin Babayev milli, mənəvi, tarixi bağlara malik Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bildirib. Rektor vurğulayıb ki, iki ölkə arasında münasibətlər dünyaya nümunə olmaqla bərabər, bütün səviyyələrdə ən yüksələn xətlə inkişaf edir. Elçin Babayev BDU-nun fəaliyyətində Türkiyənin qabaqcıl universitetləri, eləcə də təhsil qurumları ilə əlaqələrə xüsusi önəm verildiyini, Yozqat Bozok Universiteti ilə imzalanan müqavilənin bu əlaqələri daha da möhkəmləndirəcəyinə əmin olduğunu qeyd edib.

 

Yozqat Bozok Universitetinin rektoru Ahmet Karadağ isə Azərbaycanın ən böyük ali məktəbi olan BDU ilə əməkdaşlıq müqaviləsinin imzalanmasının xüsusi önəm daşıdığını nəzərə çatdırıb. Rektor bildirib ki, iki universitetin həyata keçirəcəyi ortaq layihələr Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsində bağları daha da möhkəmləndirəcək.

 

Müqaviləyə əsasən, BDU və Yozqat Bozok Universiteti təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurslar və təlimlər keçirəcək, ortaq akademik proqramlar, tədris planları və sillabuslar hazırlayacaq. İki universitet arasında birgə elmi tədqiqatların aparılması, təhsilin bütün sǝviyyǝlərindǝ təhsilalanların, akademikheyət və tədqiqatçıların mübadiləsinin həyata keçirilməsi də müqavilədə öz əksini tapıb.  

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]