Misir Ərəb Respublikasının milli bayramı- İyul İnqilabının 70-ci ildönümü +FOTO=6

Misir Ərəb Respublikasının milli bayramı- İyul İnqilabının 70-ci ildönümü +FOTO=6

Misir Ərəb Respublikasının milli bayramı- İyul İnqilabının 70-ci ildönümü

 

AZpress.az-ın verdiyi məlumata görə 01 avqust 2022-ci il tarixində Bakıda Misir Ərəb Respublikasının milli bayramı münasibətilə rəsmi ziyafət keçirilmişdir.Tədbirdə ilk öncə Azərbaycan və Misirin dövlət himnləri səsləndirilib.

 

Tədbirdə çıxış edən Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Məhəmməd Nağı Abdel Həmid ölkəsinin tarixindən, keçdiyi inkişaf yolundan danışmışdır. Cənab səfir həmçinin İyul inqilabının 70-ci ildönümünün Azərbaycan-Misir diplomatik münasibətlərinin 30-cu ilinə təsadüf etdiyini vurğulamış, Azərbaycanla Misir arasında tarixən mövcud olan səmimi münasibətlərdən söz açmışdır.

 

Bu ilin fevralında Bakıda İqtisadi, elmi bə texniki əməkdaşlıq üzrə hökumətlərarası Birgə Komissiyanın 5-ci iclası və biznes forumun keçirildiyini qeyd edən səfir bunun Misir-Azərbaycan ikitərəfli münasibətlərinin güclü inkişafına və dinamikasına nümunə olduğunu vurğulamışdir. Bir neçə gün öncə Azərbaycan və Misir Xarici İşlər Nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələr siyasi müstəvidə də əlaqələrimizim möhkəmlənməsi və inkişafı buna bariz nümunədir.

 

Müxtəlif dinlər arasında dinc-yanaşı yaşamanın və tolerantlığın Azərbaycan modelinə heyranlığını bildirən səfir ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edecəyinə əmin olduğunu bildirib.

 

Diplomat Azərbaycanın hərtərəfli inkişafında cənab Prezudent İlham Əliyevin nailiyyətlərini və uğurlarını xüsusi olaraq qeyd etmişdir.

 

Daha sonra Azərbaycan Xarici İşlər nazirinin müavini Fariz Rzayev Misir xalqını və dövlətini əlamətdar bayram münasibətilə təbrik etdi. O, cənab Prezident İlham Əliyevin Misir Ərəb Respublikasının dövlət başçısı Əbdülfəttah əs-Sisiyə təbrik məktubu unvanladığını qeyd etmişdir.

 

Cənab Fariz Rzayev çıxışında qeyd etmişdir ki, bu ilin fevralında Azərbaycan-Misir Hökumətlərarası Birgə Komissiyanın 5-ci iclası olub. Biznes Şuranın yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb, ikitərəfli münasibətlər tarixində ilk dəfə olaraq biznes forum keçirilib.

 

"İyulun 26-da Azərbaycan-Misir Xarici İşlər Nazirlikləri arasında keçirilən məsləhətlmələr ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcək. Bu məsləhətləşmələr iqtisadiyyat, turizm, tədris, enerji və digər mühim sahələri əhatə edib,"deyə Fariz Rzayev bildirmişdir.

 

Rəsmi qəbulda Milli Məclisin millət vəkilləri, xarici dövlətlərin Azərbaycandaki səfirləri, mədəniyyət və incəsənət xadimləri, Misir-Azərbaycan Dostluq qrupunun üzvləri, media nümayəndələri iştirak edirdi.

Müxbir: Vüsalə Şıxlı.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]