BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində iki külək turbini hazırlanır

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində iki külək turbini hazırlanır

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində iki külək turbini hazırlanır 

 

Bakı Dövlət Universitetində yeni yaradılan Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində (TETYM) tələbələr və gənc mütəxəssislər tərəfindən vertikal və horizontal tipli iki müxtəlif külək turbininin hazırlanmasına başlanılıb. Ümumi gücü 1200 Vt olacaq HAWTs və VAWTs tipli bu turbinlərin bütün hissələri tələbələr tərəfindən hazırlanacaq. Layihənin sentyabr ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

 

Mərkəzin həyətində yerləşən günəş panelləri və hazırlanacaq turbinlərindən ibarət alternativ enerji mənbəyi sisteminin ümumi gücü 2000 Vt təşkil edəcək ki, bu da TETYM-in inzibati binasını tam olaraq elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.

 

Bundan əlavə, TETYM-də çalışan tələbə və gənc tədqiqatçılar Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən elan olunmuş “İdeyanı Reallaşdır – 2022” adlı qrant müsabiqəsinə müxtəlif kateqoriyalar üzrə 4 layihə təqdim ediblər. Mərkəzin üzvləri SOCAR və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə 2022-ci il 9-11 sentyabr tarixlərində Bakı Ali Neft Məktəbində keçiriləcək “Enerji və Dördüncü Sənaye İnqilabı” Hakaton yarışmasında 2 layihə ilə yarışacaq. Layihələr Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında bərpa olunan enerji resurslarından istifadə mövzusuna həsr olunub.

 

Qeyd edək ki, BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin inzibati binası bu ilin iyun ayında istifadəyə verilib. Mərkəzdə tələbələr elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparır, tədris prosesində əldə etdikləri bilikləri daha da gücləndirirlər. Mərkəzdə BDU ilə yanaşı, ölkənin digər ali təhsil müəssisələrinin tələbələri də müxtəlif sahələr üzrə təhsil-elm-innovasiya istiqamətində yerinə yetirilən layihə və proqramlarda iştirak edirlər.

 

Mərkəzdə elektronika, materialşünaslıq, kimya mühəndisliyi, proqramlaşdırma, süni intellekt, mexanika, mexatronika, robototexnika mühəndisliyi, ekologiya mühəndisliyi, astrofizika və kosmik elmlər istiqamətləri üzrə dərnəklər fəaliyyət göstərir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]