Seymur Şahbazzadə: Azəri türkləri ilə ermənilər arasında ilk ciddi münaqişə Aşura üstə olub...

Seymur Şahbazzadə: Azəri türkləri ilə ermənilər arasında ilk ciddi münaqişə Aşura üstə olub...

Seymur Şahbazzadə: Azəri türkləri ilə ermənilər arasında ilk ciddi münaqişə Aşura üstə olub...

 

Azərbaycan coğrafiyasında ilk erməni-müsəlman davası, azəri türkləri ilə ermənilər arasında ilk ciddi münaqişə Aşura üstə olub...
Azərbaycanın sünni əhalisi Əhli-beytin, İmam Hüseynin, Aşuranın hörmətini hər zaman saxlayıb...
"Gərçi, ey dil, mən Əbubəkr, Ömər, Osmaniyəm,
Həqq İmamdır mənim ol Şiri-mərdanım Əli!" - deyib sünni şairimiz...
Yəni fiqhcə fərqli - hənəfi, şafei sünni, cəfəri şiə, amma əqidəcə bir olmuşuq: müsəlman - Şiri-mərdan Əli yolu müsəlman, mərd müsəlman!
Ta o vaxta qədər ki, türkün nurçusu, ərəbin vəhabisi, yəhudinin sionisti bu ölkəyə ayaq açıb ondakı erməni tinətlilərlə əl-ələ verdi.
Şah mərdlər, mərd şahlar ölkəsində gəda namərdlər, namərd gədalar çoxaldı.
"Ağdam əhalisi şiədi, yalnız bir kəndindən başqa: Xıdırlı. Bu kənddən də çox böyük ziyalılar çıxıb, bəziləri də xaricdə təhsil alıb.
Fransada tibb təhsili almış bir bəy dönüb vətənə, çıxıb kəndin təpəsinə, camaat da yığışıb başına. Aşura günüymüş.
Bəy camaatdan soruşur:
- Aşağıdan, Şellidən ağlaşma səsi gəlir. Orda kim ölüb?
- Bəy, heç kim ölməyib ey, Aşuradı, imamlara yas saxlayırlar.
Bəy deyir:
- Hə, hə, başa düşdüm.
Sonra yenə soruşur:
- Yaxşı, bu Əhmədavar tərəfdə də ağlaşmadı, orda kim ölüb?
- Bəy, orda da heç kim ölməyib, imamlara yas saxlayırlar.
Bəy yenə deyir:
- Hə, hə, başa düşdüm.
Yenə soruşur:
- Bəs bu Qiyaslı tərəfdən də ağlaşma səsi gəlir, orda kim ölüb?
Camaat yenə deyir:
- Bəy, alim adamsınız, dedik axı, orda da imamlara yas saxlayırlar.
Bəy üzünü tutur dağın döşündəki Xoramurd kəndinə:
- Bəs ordan niyə ağlaşma səsi gəlmir?
Camaat:
- Bəy, onlar niyə ağlasın ki, onlar ermənidi axı.
Bəy istehza ilə deyir:
- Bəs siz niyə ağlamırsınız, siz də ermənisiz?
O gündən sonra Xıdırlı camaatı da Məhərrəmlik keçirməyə başlayıb".
(c)

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]