Paralimpiyaçımız Xəyal İslamov "İntercontinental Challenger"də qızıl qazanıb - İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Paralimpiyaçımız Xəyal İslamov "İntercontinental Challenger"də qızıl qazanıb - İNTİQAM təqdim edir (AZpress.AZ)
Hollandiyada paralimpiyaçılar arasında bossia idman növü üzrə keçirilən “Intercontinental Challenger” turnirdə daha bir təmsilçimiz fərqlənib. Söhbət Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvü Xəyal İslamovdan (BC4) gedir. O, Niderlandın Veldhoven şəhərində keçirilən “Intercontinental Challenger” turnirinin qızıl medal qazanıb. Bu paralimpiyaçılarımızın həmin turnirdə qazandığı 4-cü medal olub.
Xatırladaq ki, Xəyal İsmayılovdan öncə isə həmin yarışda 3 təmsilçimiz - Sona Ağayeva (BC2), Nərmin Ağayeva (BC4) və Bəhruz Mirzəyev (BC4) bürünc medal qazanıb.
Qeyd edək ki, yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)