Hərbi qulluqçularımız "Xüsusi təyinatlı kursu"nu müvəffəqiyyətlə bitiriblər +FOTO=2

Hərbi qulluqçularımız "Xüsusi təyinatlı kursu"nu müvəffəqiyyətlə bitiriblər +FOTO=2

Hərbi qulluqçularımız "Xüsusi təyinatlı kursu"nu müvəffəqiyyətlə bitiriblər 

 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkənin Ankara şəhərində keçirilən “Xüsusi təyinatlı kursu"nda iştirak ediblər.
Kursun başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi keçirilib. Buraxılış mərasimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim edilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]