AZƏRBAYCANIN İLK HƏRBİ NAZİRİ XOSROV BƏY SULTANOV

AZƏRBAYCANIN İLK HƏRBİ NAZİRİ XOSROV BƏY SULTANOV

AZƏRBAYCANIN İLK HƏRBİ NAZİRİ XOSROV BƏY SULTANOV 

 

Rusiya və İran arasında aparılmış müharibələrin sonunda bağlanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının tarixində faciələrə və Azərbaycan torpaqlarının parçalanmasına səbəb olmuşdur. Nəticədə Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə qatıldı.Türkmənçay müqaviləsindən dərhal sonra Rusiya imperatoru I Nikolay 21 mart 1828-ci il tarixli fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində "Erməni vilayətinin" yaradılmasını elan etdi. Rus-türk müharibəsinin (1828-1829-cu illər) gedişində və müharibədən sonra Azərbaycana yeni erməni axını başladı. Azərbaycan ərazilərinə ermənilərin yerləşdirilməsi XX əsrin əvvəllərində də davam etdirildi. Təkcə 1904-1905-ci illərdə qonşu ölkələrdən 45 min erməni Cənubi Qafqaza gətirilərək məskunlaşdırıldı.1915-ci ilin martında keçirilən Eçmiadzin kilsə qurultayında Türkiyə və İrandan köçürülərək Cənubi Qafqaza yerləşdirilən ermənilərin sayının 60 min nəfər olduğu vurğulanırdı.
Təkcə 1915-ci ilin iyul ayında Qafqaz canişinin sərəncamına əsasən Cavanşir və Şuşa qəzalarına 24 min erməni yerləşdirildi. Azərbaycan torpaqlarında məskunlaşdığı gündən etibarənbu ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq planını gerçəkləşdirməyi qarşılarına məqsəd qoyan ermənilərfevral və oktyabr inqilablarından sonra Rusiyadakı siyasi vəziyyətdən öz mənafeləri üçün istifadə edərək, bolşevizm bayrağından bəhrələnməyə başladılar. Bakı Kommunası əksinqilabçılara qarşı mübarizə şüarı altında 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər ərazilərdə azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına həyata keçirirdilər. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına həkk olunmuşdur. Milli mənsubiyyətinə görə minlərlə azərbaycanlı qətlə yetirilmiş, evlər yandırılmış, insanlara diri-diri od vurulmuşdur. Milli arxitektura abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılmışxarabalığa çevrilmişdir.

 

Təxminən 120 ilədək davam edən Rusiya əsarətindən xilas olan Azərbaycan xalqı 1918-ci il mayın 28-də Şimali Azərbaycanda yeni müstəqil dövlət yaratmağa müvəffəq oldular. Azərbaycan Xalq Cümhuriyyəti Azər¬baycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bütün tarixi ərazisində özsiyasihaki¬miy¬yətinin bərqərar edilməsinə çalışırdı. Azərbaycan Xalq Cümhuriyyətinin sülhsevər siyasətinə baxmayaraq, ermənilər Qarabağda hakimiyyətə nail olmaq üçün əvvəllər başladıqları soyqırımı siyasətini davam etdirirdilər.1918-ci ilin yayından başlayaraq Ermənistanın daşnak hökuməti Zəngəzur bölgəsində Andronikin, Njdenin, Dronun quldur dəstələri vasitəsilə dövlət səviyyəsindədinc əhali kütləvi şəkildə məhv edilmiş, kəndlər yandırılmış, tikililər və milli-dini abidələr dağıdılmışdır. Cümhuriyyət hökuməti yaranmış vəziyyəti nəzərə alaraq, 1919-cu il yanvarın 13-də "Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarına general-qubernator təyin edilməsi haqqında" qərar qəbul etmişlər. Yanvarın 15-də Milli Şuranın iclasında qəzalara müvəqqəti general-qubernatoru vəzifəsinə əslən Qarabağdan olan, bu əraziyə və onun əhalisinə yaxşı bələd olan Azərbaycan Cümhuriyyətinin ilk yaradıcılarından və onun birinci hökumətində hərbi nazir olmuş Xosrov bəy Sultanov təyin edilmişdir.
Xosrov bəy Sultanov 1879-cu ilin may ayında Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin, Qasımuşağı obasının Qurddağı kəndində ( Laçın rayonu) anadan olmuşdur.Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almış Xosrov bəy1918-ci ilin 28 mayında Müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan ərazisində demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və İstiqlal bəyannaməsinə imza atan 26ictimai-siyasi xadimdən biriolmuşdur. O, Xalq Cumhuriyyətinin həmin güntəşkil edilmiş birinci hökumət kabinetində hərbi nazir postunu tutmuş və Zaqafqaziya Seyminin və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur.

 

1918 ilin yayından başlayaraq Ermənistanın daşnak hökuməti Zəngəzur bölgəsində Andronikin, Njdenin, Dronun quldur dəstələri vasitəsilə dövlət səviyyəsində azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirməyə başlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 29 yanvar 1919-cu il tarixli qərarı ilə Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarında Qarabağ general-qubernatorluğunun təsis edilməsi və Xosrov bəy Sultanovun general-qubernatoru vəzifəsinə təyinatını Ermənistan hökuməti tərəfindən narazılıqla qarşılanmışdır. Çünki, Zəngəzur və Qarabağın erməni-daşnak quldur qüvvələrindən təmizlənməsində və həmin bölgələrdə əmin-amanlığın yaradılmasında Xosrov bəy və onun qardaşı Sultan bəyin müstəsna xidmətləri olmuşdur. Bu qardaşların ermənilərə qarşı mübarizə apardığını yaxşıbilən ermənilər, erməni mətbuatı və Xarici İşlər Nazirliyi bir çox dövlətlərə müraciət edərək öz narahatlıqlarını bildirmiş, hətta onlar Qarabağgeneral-qubernatorluğunun ləğv olunması üçün xarici havadarlarından kömək istəmişlər. Buna cavab olaraq 1919-cu il iyunun 18-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan hökumətinin Qarabağdakı fəaliyyətinə erməni hökumətinin müdaxilə etməsininyolverilməzolduğunu bildirən təcili diplomatik məlumatı Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.X.Təkinskiyə ünvanlamışdır. Həmin təcili diplomatik məlumatda qeyd edilirdi: "Ermənistan hökumətinə bildirin ki, Sultanov 1919-cu il yanvarın 15-də Azərbaycan hökumətinin qərarı ilə təyin edilmişdir. X. Sultanov Azərbaycanın şübhəsiz ayrılmaz hissəsi olan Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru kimi müttəfiqlərin komandanlığı tərəfindən aprelin 3-də rəsmi olaraq tanınmışdır. Bu səbəbdən erməni hökumətinin Sultanovun fəaliyyətinə və yaxud Azərbaycan qoşun hissələrinin Qarabağda olmasına dair etirazları Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə kimi qiymətləndirilirvəbununmüzakirəsinə yol verilmir. Şuşa rayonunda baş vermiş iğtişaşlaragəldikdə isə qeyd edirik ki, general-qubernatorun gördüyü ciddi tədbirlərnəticəsində nizam-intizam bərpa edilmiş və həyat məcrasına düşmüşdür.”
X.Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən ünvanladığı müraciətdə başçılıq edəcəyi qurumun fəaliyyəti haqqında xalqıbilgiləndirdiyi 1919-cu ilin 11 fevralında "Azərbaycan" qəzetində çap olunan yazı belə adlanırdı: "Müvəqqəti general-qubernator X.Sultanovun Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciətində yazılırdı: "Azərbaycan hökumətinin yanvar ayı qərarı ilə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları xüsusi general-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarısında, onun ən yaxşı hissəsi - 4 qəza - artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. Şəxsi firavanlığı yüksək ideal sayan məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar”.

 

X.Sultanov general-qubernator vəzifəsinə başlayanda bölgədə acınacaqlı durum var idi. O, 1919-cu ilin fevralında Şuşaya gələrək, vəzifəsinin icrasına başladı. Azərbaycan hökumətinin qəti addımlarından narahat olan Ermənistan belə bir şəraitdə Dağlıq Qarabağa açıq iddia ilə çıxış etdi. Ermənistan Respublikasının etirazına, ingilis və amerikanlarla gərgin münasibətlərə baxmayaraq, Qarabağda qarşıya qoyulan vəzifələrin həlli sahəsində mühüm işlər görüldü. Ermənilər isə Qarabağda etnik təmizləmə siyasətini davam etdirməyə cəhd göstərir, Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarında azərbaycanlılara qarşı aramsız olaraq qırğınlar törədirdilər. General-qubernator X.Sultanov separatçılara qarşı qətiyyətlə mübarizə aparırdı.

 

X.Sultanovun 1919-cu ilin fevralın 15, 16, və 17-də qəza rəisləri və ictimai xadimlərinin iştirakı ilə keçirdiyi ümumbölgə müşavirəsində məlum olurdu ki, indiyədək Zəngəzurda 166 kənd dağıdılmış, onların əhalisinin 30 faizi məhv edilmişdi. Qarabağda və Zəngəzurda erməni-daşnak quldur qüvvələri əmin-amanlığın pozulması istiqamətində ciddi-cəhdlə öz fəaliyyətlərini davam etdirməsinə baxmayaraq, Azərbaycan hökumətinin və Xosrov bəy Sultanovun rəhbərliyi ilə Qarabağ Qubernatorluğunun həyata keçirdiyi əks tədbirlər nəticəsində erməni-daşnak quldur qüvvələrinin təcavüzkar fəaliyyətlərinin qarşısını almaq mümkün oldu. Lakin 1919-cu il martın 21-də quldur erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini ələ keçirə bildilər. Amma Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri daşnak generalı Dronun quldur dəstələrini darmadağın edərək Xankəndi və Şuşanı geri aldı.

 

X.Sultanovun başçılığı ilə keçirilən digər əməliyyatda isə (1919-cu ilin iyununda) Şuşaya gizli yolla silah aparan erməni milli şurasının üzvləri həbs edilərək Qarabağ ərazisindən çıxarılmışdı.X.Sultanov Qarabağda daşnak Andronik başda olmaqla, erməni quldur dəstələrilə amansız mübarizəyə başladı, təhlükəli yerlərdə milli ordunun əsgərlərindən ibarət mühafızə dəstəsi yaratdı, erməni milli şurası üzvlərinin Azərbaycandan çıxarılmasına nail oldu. Azərbaycan hökumətinin hərbi və diplomatik tədbirləri nəticəsində martın axırlarında - apreldə ermənilərin Qarabağdakı düşmənçilik fəaliyyətinin qarşısı alındı.

 

Həmin mübarizənin nəticələrindən biri idi ki, 1919-cu il iyunun 5-də erməni milli şurasının qatı irticaçı üzvləri ingilis komandanlığı nümayəndəsinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün edildi. Azərbaycan batalyonu iyunun 6-da Şuşanın ermənilər yaşayan hissəsindəki kazarmalarda yerləşdirildi. Həyata keçirilmiş tədbirlər nəticəsində avqustun 15-də ermənilər Azərbaycan Hökuməti ilə saziş imzaladılar və onlar ermənilər yaşayan ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdilər. 2 sentyabr 1919-cu il tarixli «Aзербайджан» qəzetində dərc olunmuş məlumatda qeyd edilirdi ki, Şuşikənddə 8 gün davam etmiş 7-ci erməni qurultayının nümayəndələri Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun yanına gələrək Qarabağın dağlıq hissəsinin Azərbaycan hakimiyyətini tanıması haqqında indiyədək həll olunmamış məsələni sülh yolu ilə həll etməkistədiklərini bildirdilər. Xosrov bəy Sultanovun yanına qurultay nümayəndələri ilə birgə erməni ruhaniləri də gəlmişdilər. Danışıqlar iki gün davam etmiş və nəhayət danışıqların mətninin aşağıdakı layihəsi əldə edilmişdir: mövcud toqquşma cərəyanlarının Qarabağda məskunlaşmış xalqlar üçün fəlakətli olduğunu, Qarabağ məsələsinin istənilən həllində ermənilər və müsəlmanların birgə yaşamalı olacaqlarını nəzərə alaraq Qarabağ ermənilərinin VIIqurultayının15 avqust 1919-cu il tarixli səhər iclasında Azərbaycan Respublikası hökuməti ilə müvəqqəti razılığın əldə olunması haqqında qərar qəbul edildi. İyirmi altı bənddən ibarət həmin müqavilədə o cümlədən qeyd edilirdi: "Qarabağın,Şuşa,Cavanşir və Cəbrayıl qəzalarının dağlıq hissəsində məskunlaşmış ermənil özlərinin Azərbaycan Respublikası ərazisində olduqlarını qəbul edir. Qarabağ qubernatorluğu nəzdində 6 nəfərdən: üç erməni və üç müsəlmandan ibarət şura təsis edilir. Millətlərarası xüsusiyyətlərə malik bütün prinsipial məsələlər əvvəlcə şurada müzakirə edilmədən həyata keçirilə bilməz. Qarabağ erməniləri mədəni muxtariyyat hüququndan istifadə edir, Azərbaycan Respublikası hökuməti erməni milli şurasının fəaliyyətinə müvəkkil edilmiş ermənilər vasitəsilə nəzarət edir. Azərbaycan Respublikası hökuməti dağıdılmış müsəlman və erməni kəndlərinin tezliklə bərpa edilməsi işinə yardım göstərir” və s. Beləliklə, 1919-cu ilin yayında Azərbaycan Respublikasının Qarabağda suveren hüquqları bərpa edildi. Parisdə olan nümayəndələrə göndərilən məlumatda qeyd edilirdi: "Qarabağ məsələsi adlandırılan məsələ qəti şəkildə həll edildi. VII erməni qurultayında Qarabağ ermənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq barədə general-qubernator Xosrov bəy Sultanovla saziş bağladılar.” Azərbaycan Respublikası hökuməti Qarabağda normal həyatın bərpa olunması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı - diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır".

 

Qarabağda hadisələrin bu yöndə inkişafında Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təcavüzkarlıq planlarını həyata keçirməyə hazırlaşan Sovetlərin və bolşeviklərin ölkə daxilində apardığı pozuçuluq-təxribatçılıq işləri də mühüm rol oynadı. Aprel işğalı (1920) və Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qarabağ general-qubernatorluğunun fəaliyyətinə də son qoyuldu.Həmin ilin sentyabrında Azərbaycan hökuməti burada yaşayan ermənilərə mədəni muxtariyyət verdi. Xosrov bəy Sultanov Aprel işğalından sonra mühacirətdə yaşamış, "İttihad" partiyasının liderlərindən biri kimi partiyanınxarici ölkələr bürosunu formalaşdırmağa və ittihadçıları bir təşkilat ətrafında cəmləşdirməyə çalışmışdır.

 

X.Sultanov 1920-ci ilin 27 aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra Türkiyəyə getmiş, çətin mühacirət həyatı yaşamışdır. O, Azərbaycanın azadlığı mübarizəsini Türkiyədən başqa İranda, Fransada, Almaniyada davam etdirmişdir. O, 1926-cı ildə Parisdən İrana gedərək, burada İttihadın Tehran və Təbriz komitələrini yaratmışdı.1936-cı ildə Türkiyəyə qayıtmış və Trabzonda, İstanbulda yaşamışdır. 1943-cü ildə, yanvar ayının 7-də dünyasını dəyişmişdir. Məzarı İstanbulun "Fəriköy" qəbiristanlığındadır.Milli mənəvi dəyərlərimizin qoruyucusu olan Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda Xosrov bəy Sultanovun foto-şəkli qorunur. Qrup halında olan şəkildə AXC qurucularının da şəkli əks olunub. Bundan başqa, fondda AXC parlamenti bitərəflər fraksiyasının bəyanatı mühafizə olunur, hansı ki bu sənəddə Xosrov bəy Sultanovun da imzası var.

 

 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]