Rusiyanın Xersona təyin etdiyi ukraynalı müavini güllələdilər
Bu xəbəri paylaş
Rusiyanın Xersona təyin etdiyi ukraynalı müavini güllələdilər
Xerson vilayətinin Kaxovski rayonuna ruslar tərəfindən təyin edilmiş qondarma “Mərkəzi Təhlükəsizlik Agentliyinin rəis müavini” Vitali Guruya “sui-qəsd” təşkil olunub.
Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Bildirilir ki, Vitali Gur naməlum şəxslər tərəfindən güllələnib.
“Naməlum şəxslər, ehtimal ki, Makarovun tapançası ilə Guru güllələyiblər. Hücum yerində qumbaraatandan partlayıcı gilizlər tapılıb”, - deyə məlumatda bildirilir.
Bununla yanaşı, ukraynalı xalq depuatı Oleksiy Honçarenko özünün "Telegram" kanalında Gurun sui-qəsdə məruz qalmasını belə şərh edib:
"Ruslar necə də şanssızdırlar. Novaya Kaxovkanın işğal administrasiyası rəhbərinin müavini Vitali Quru bu gün güllələnib. Xəyanətkarın vəziyyəti çox ağırdır, inşallah öləcək”.
Qeyd edək ki, daha bir yüksək vəzifəli əməkdaş – “Xerson vilayətinin administrasiyasının rəhbəri” Vladimir Sald ağır vəziyyətdə Moskvaya göndərilib. Həkimlərin qeyri-rəsmi məlumatına görə, Saldo zəhərlənib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)