Zabuxu tərk edən ermənilər arxiv sənədlərini yandırdılar +VİDEO

Zabuxu tərk edən ermənilər arxiv sənədlərini yandırdılar +VİDEO

Zabuxu tərk edən ermənilər arxiv sənədlərini yandırdılar  

 

Laçın rayonunun tarixi kəndlərindən olan Zabux Azərbaycana təhvil verilmək üzrədir. Ermənistan mətbuatı artıq iki gündür ki, işğaldan sonra burada məskunlaşdırılmış ermənilərin köç prosesinin başlamasını əks etdirən foto və videolar yayır.

 

Ənənəvi xislətlərinə sadiq qalan ermənilər "tarixi" torpaqlarından uzaqlaşdırıldıqlarını iddia edirlər. Lakin maraqlıdır ki, öz "tarixi" torpaqlarından gedənlər hər yeri yandırır, dağıdırlar. Bunu da fəxrlə paylaşırlar. Məsələn, qondarma "Artsax"ın tör-töküntülərindən olan "Mədəni İrsin Qorunması üzrə İctimai Şura"nın sədri Sergey Şaxverdyan öz Facebook səhifəsində yeni video paylaşaraq Zabuxda arxivlərin yandırıldığını yazıb.

 

O qeyd edib ki, Zabux məktəbində saxlanması nəzərdə tutulmayan materiallar yandırılır.

- Məktəb illərinin xatirəsi odda yanır, - Şaxverdyan gileylənib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]