Şahmat Olimpiadasında Azərbaycan Ermənistan qarşılaşması - İNTİQAM təqdim edir (AZpress.AZ)

Şahmat Olimpiadasında Azərbaycan Ermənistan qarşılaşması - İNTİQAM təqdim edir (AZpress.AZ)

Şahmat Olimpiadasında Azərbaycan Ermənistan qarşılaşması  - İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Hindistanın Çennae şəhərində kişi və qadın şahmatçılar arasında keçirilən və Azərbaycan yığmalarının da qatıldığı 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir. 188 kişi və 162 qadın yığmasının iştirak etdiyi və İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan Olimpiadada bu gün 10-cu turun qarşılaşmaları keçiriləcək. Bu turda həm heyətində Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abbasovun cəmləşdiyi kişi komandamız, həm də şərəfini Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva və Gülnar Məmmədovanın qoruduğu qadın komandamız Ermənistan yığması ilə qarşılaşacaq. Hər iki qarşılaşmanın çox prinsipial şəraitdə keçəcəyi gözlənilir. Xatırladaq ki, iştirakçılar arasında reytinq göstəricisinə görə 6-cı olan kişi komandamız 14 xalla elə yarış cədvəlində də 6-cıdır. Reytində 12-ci olan rəqib erməni komandası isə 15 xalla yarış cədvəlində 3-cü pillədə yer alıb. Olimpiadanın bitməsinə 2 tur qalmış yarışlara 16 xalla Özbəristan liderlik edir. İkinci yerdə isə 15 xalla Hindistan gedir. Ev sahibi onunla eyni xal ehtiyatına malik olan Ermənistanı əlavə əmsallara görə qabaqlayır. Qadın komandalarımıza gəlincə, reytinqdə 6-cı olan Azərbaycan 14 xalla yarış cədvəlində 6-cıdır. Reytinqdə 9-cu olan ermənilər isə 7-ci pillədə yer alıblar.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]