Azər Həsrət: Qarabağ qazisi adından sui-istifadə etməklə dövlətə arxadan zərbə vururlar

Azər Həsrət: Qarabağ qazisi adından sui-istifadə etməklə dövlətə arxadan zərbə vururlar

Azər Həsrət: Qarabağ qazisi adından sui-istifadə etməklə dövlətə arxadan zərbə vururlar

 

Niyə axı bəzi adamlar bilib-bilmədən ictimai rəyi çaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar? Bu gün elan edildi ki, Qarabağ qazisi özünü yandırmağa cəhd edib. Amma bəlli olan nədir? Adam Qarabağ qazisi deyil! İlin-günün bu çətin vaxtında bu addan sui-istifadə də, belələrinə qahmar çıxmaq da, vallah da, billah da dövlətə arxadan zərbə vurmaqdır! Etməyin də belə!
Alıntıdır: Bu gün Nazirlik qarşısına gələrək etiraz edən İsmayılov Samir İsmayıl oğlu müharibə iştirakçısı deyil. Ona 2017-ci ildə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik statusu verilsə də, əlilliyinin müddəti 2022-ci ilin fevralında bitib. Əlilliyinin təkrar qiymətləndirilməsi üçün mart, may və iyul aylarında etdiyi müraciətə dərhal baxılaraq əyani müayinələr aparılıb, diaqnozunun əlillik əlaməti təyin etmədiyi üçün əlillik təyinatından imtina edilib. Bu barədə bu yaxınlarda nazir müavini Hidayət Abdullayevin qəbulunda olarkən də ona ətraflı izahat verilib.Nazirlik onun məşğulluq məsələsinə dəstək göstərib. O, aprel ayında DOST İş Mərkəzinin ödənişli ictimai işlər proqramına cəlb edilib, mərkəz tərəfindən rəsmi əmək müqaviləsi ilə aylıq 300 manat maaş ödənilməklə Nizami rayonu mənzil-kommunal təsərrüfatı birliyinə sosial işçi kimi təhkim edilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]