Gənclərin sosial iştirakçılığı (AZpress.AZ, Akif Ağayev, +FOTO=3)

“Gənclərin sosial iştirakçılığı” (AZpress.AZ, Akif Ağayev, +FOTO=3)

“Gənclərin sosial iştirakçılığı” (AZpress.AZ, Akif Ağayev, +FOTO=3)

 

Masallıda tədbir

 

 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində “Gənclərin sosial iştirakçılığı” mövzusunda təlim keçirilib.

 

“Gənclər davamlı inkişaf üçün” layihəsi çərçivəsində təşkil edilən təlim layihənin iştirakçısı, GİKM-in Cəlilabad nümayəndəliyinin direktoru Səyyarə Aslanovanın təqdimatında keçirilib.

 

Təlim zamanı “Gənclərin ictimai həyatda iştirakçılığı”, “Gənclərin ictimai həyatda iştirakçılığının faydaları”, “İştirak nərdivanı” kimi mövzulardan danışılıb.

 

İnteraktiv keçən təlimdə müxtəlif enercayzerlər və komanda işləri icra olunub.

 

Məlumat üçün bildirək ki, layihə “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tərəfdaşlığı ilə keçirilir.

Akif AĞAYEV,

MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]