Osman Gündüz: Baş Prokurorluğun sosial media istifadəçilərinə qarşı sərgilədiyi aşırı diqqət hansı nəticələr törədə bilər ?

Osman Gündüz: Baş Prokurorluğun sosial media istifadəçilərinə qarşı sərgilədiyi aşırı diqqət hansı nəticələr törədə bilər ?

Osman Gündüz:Baş Prokurorluğun sosial media istifadəçilərinə qarşı sərgilədiyi aşırı diqqət hansı nəticələr törədə bilər ? 

 

Bu gün sosial mediada açıqlanan məlumatlardan görsənir ki, Baş Prokurorluq "Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda Konfrans təşkil edib.

 

Bundan öncə də Baş Prokurorluq yeni qəbul edilən Media haqqında qanunun tələblərini əsas gətirərək media subyektləri və sosial media istifadəçilərinə xəbərdarlıqlar etmişdi.

 

Eyni zamanda bundan öncə açıqlanan məlumatlardan görsənirdi ki, Baş Prokurorluq sosial media istifadəçilərin yazdıqları məlumatların məzmununa aid ola biləcək tələblər də irəli sürmüşdü.
Görünən odur ki , Baş Prokurorluq son zamanlar sosial şəbəkə istifadəçilərini, medianı xüsusi diqqətdə saxlayır.

 

Əlbəttə, sosial medianın qanunsuz məqsədlər üçün, qeyri-qanuni çağırışlar üçün istiafdəsi yolverilməzdir. Lakin bununla bağlı ölkədə qanunvericilik də xeyli inkişaf edib və müvafiq tənzimləmələr nəzərdə tutulub.

 

Amma görünən həm də odur ki, atılan addımlar internet azadlığı, sosial medianın inkişafı, ifadə azadlığı üçün də risklər yaradır.

 

Düşünürəm ki, Baş Prokurorluğun son zamanlara bu istiqamətdəki intensiv addımları artıq medianı, xüsusən də sosial medianı tənzimləmək görüntüsü yaradır ki, bu da təhlükəli tendensiyadır.
Hazırda dünyanın bir çox ölkələri də bizim qarşılaşdığımız problemlərlə, milli təhlükəsizlik, sosial mediadan qeyri-qanuni məqsədlər üçün istifadə problemləri ilə üz-üzədir.

 

Amma bu tip məsələlərin tənzimlənməsində ehtiyatlı olmaq, təcrübələri öyrənmək daha doğru yanaşma olardı.

 

Bunun üçün yalnız dar çərçivədə müzakirələr aparmaq doğru yanaşma deyil, bu müzakirələr bütün maraqlı tərəflərin iştirakı ilə, özünü tənzimləyici qurumalrı cəlb etməklə, beynəlxalq normaları və yerli qanunvericiliyin tələblərini gözləməklə gerçəkləşdirilməlidir.

 

Milli maraqalrımız, 44 günlük müharibə , son zamanlar ölkəmizdə və dünyada baş verənlər göstərir ki, güclü media, inkişaf etmiş sosial media ölkəmiz üçün olduqca vacib faktordur .
Düşünürəm ki, Baş Prokurorluğun sosial mediaya ifadə azadlığı baxımından aşırı diqqəti sosial medianın mahiyyəti ilə də üst-üstə düşmür.

 

Sosial media yalnız informasiya mənbəyi və ötürülməsi vasitəsi deyil, daha geniş platformadır.
Prezident dəfələrlə vurğulayıb ki, ölkədə ən vacib məsələ həm də ictimai nəzarətdir. İndiki durumda ölkədə ən nəhəng ictimai nəzarət platforması da məhz sosial mediadır.

 

Prezidentin də çağırışları ondan ibarətdir ki, insanlar həm də bu ictiami nəzarət platforması ilə fikirlərini açıqlamaqdan çəkinməməlidirlər.

 

Yəni, rəsmi qurumların atdığı addımlar sadə istifadəçilər üçün çəkindirici olmamalıdır.
Baş prokuror Kamran Əliyev elə yuxarıda adı çəkilən konfransda sosial medianı diqqətlə izlədiklərini bildirib.

 

Düşünürəm ki , bu, doğru bir yanaşmadır. Amma bütün bunlar bu cür platformanın daha da inkişafına, faydalı tərəflərindən daha çox bəhrələnməyə yönəlməlidir.

 

Sosial media həm də kommunikasiyadır, informasiya münasibətlərinin qurulması vasitəsidir, Azərbaycan üçün nəhəng biznes platformasıdır.

 

Azərbaycan əleyhinə işləyən qüvvələrin qarşısını almaq, güvənli infromasiya mühiti formalaşdırmaq üçün ilk növbədə hökumət rəsmi informasiyanı açıqlamalıdır, sosial medianı inkişaf etdirməlidir. Cəmiyyətimiz informasiyanı öz mənbələrimizdən , rəsmi qurumlardan, müstəqil mediadan və sosial mediadan almalıdır, hansısa Azərbaycan əleyhinə kənar resurslardan almalı deyil.

 

Fikrimcə, hökumətin daha çox rəsmi məlumatların açıqlanmasına, açıq hökumət və rəqəmsal hökumət quruculuğuna , dövlət qurumlarının sosial mediadan daha effektiv istifadəsinə, rəqəmsallaşma məsələlərinə diqqət yetriməsi daha faydalı olardı.

 

Düşünürəm ki, atılan addımlar sosial medianın, internet medianın, bütövlükdə Azərbaycan internetinin və bütövlükdə medianın inkişafına yönəlməlidir.
 

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]